Azərbaycan Premyer Liqası dünya reytinqində bir pillə irəliləyib

Azərbaycan Premyer Liqası dünya reytinqində bir pillə irəliləyib

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünyanın ən yaxşı yüksək liqalarını açıqlayıb.

"Report" IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, "100-lük"də Azərbaycan Premyer Liqası da yer alıb.

Ölkə çemponatı 2023-cü ilin yekunlarına əsasən, 429,75 xalla 40-cı olub. Yüksək dəstə 2022-ci illə müqayisədə bir pillə irəliləyib.

Qeyd edək ki, İtaliya A Seriyası 1619,5 xalla siyahıya başçılıq edir. İngiltərə Premyer Liqası 1567 xalla ikinci, İspaniya La Liqası 1447 xalla üçüncü sıradadır.