Ankarada İŞİD ilə əlaqədə şübhəli bilinən 15 əcnəbi saxlanılıb

Ankarada İŞİD ilə əlaqədə şübhəli bilinən 15 əcnəbi saxlanılıb

Türkiyə xüsusi xidmət orqanları Ankarada İŞİD ilə əlaqədə şübhəli bilinən 15 əcnəbini saxlayıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Ərliqaya məlumat verib.

“Ankara Təhlükəsizlik İdarəsinin Terrorla Mübarizə Şöbəsi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində İŞİD-in fəaliyyətində iştirakı müəyyən edilən 15 əcnəbi vətəndaş saxlanılıb”, - o, “X” sosial şəbəkəsində yazıb.

Nazir saxlanılanların vətəndaşlıqlarını açıqlamayıb.

Qeyd edək ki, əməliyyat yanvarın 28-də İstanbuldakı Katolik Kilsəsində iki İŞİD tərəfdarının atəş açaraq Türkiyə vətəndaşını öldürdüyü hadisə fonunda həyata keçirilib.

İstanbuldakı kilsədə baş verən cinayət hadisəsi ilə bağlı 60 nəfər saxlanılıb, onlardan 26-sı Türkiyədən deportasiya edilib. 34 nəfər barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəmənin hazırlıq iclasına çıxarılıb. İstintaqın məlumatına görə, silahlı olayda İŞİD terror qruplaşmasının “Vilayət Xorasan” adlı tacik qruplaşmasının silahlıları iştirak edib. Daha əvvəl saxlanılan şəxslərin, Türkiyənin 3 sakini istisna olmaqla, hamısının Tacikistan vətəndaşı olduğu bildirilmişdi.