Milli Qəhrəman Mübariz İbrahimovun anım günüdür

Milli Qəhrəman Mübariz İbrahimovun anım günüdür

Bu gün Azərbaycan torpaqlarını erməni qəsbkarlarından azad etmək uğrunda canından keçmiş Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu gündür.

Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. M.Piriyev adına Əliabad kənd orta məktəbini 2005-ci ildə bitirib və elə həmin il həqiqi hərbi xidmətə çağrılıb.

Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.

2009-cu ilin avqust ayında könüllü olaraq hərbi xidmətə qayıdıb. Bu dəfə gizir rütbəsində xidmətə başlayıb və öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.

2010-cu il iyunun 18-də gecə gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin mövqeyinə hücum edib. Qeyri-bərabər döyüşdə o, çox sayda düşmən əsgər və zabitini məhv edib.

M.İbrahimov düşmənin öz silahlarını özünə qarşı istifadə edərək onlarla 5 saat təkbətək döyüşub.

O, qəhrəmanlığı ilə 2010-cu ilin 18 iyununda Azərbaycanın şərəf və qəhrəmanlıq tarixinə adını qızıl hərflərlə yazaraq, qəhrəmancasına şəhid olub.

Azərbaycan Prezidentinin sərəncamı ilə Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı (ölümündən sonra) verilib.

Onun doğulub boya-başa çatdığı Biləsuvar rayonunda onun adına küçə və məktəb var.

İkinci Qarabağ müharibəsi zamanı, 4 oktyabr 2020-ci ildə Mübariz İbrahimovun şəhid olduğu yer Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmiş və burada Azərbaycan bayrağı dalğalandırılmışdır.

Birxeber
HADİSƏ HADİSƏ
FHN: "Naxçıvanda 50-dən artıq yaşayış evi və 10-a yaxın obyektdə suçəkmə işləri aparılıb"

FHN: "Naxçıvanda 50-dən artıq yaşayış evi və 10-a yaxın obyektdə suçəkmə işləri aparılıb"

HADİSƏ HADİSƏ
Xaçmazda sabiq bələdiyyə sədrinə cinayət işi açılıb

Xaçmazda sabiq bələdiyyə sədrinə cinayət işi açılıb

HADİSƏ HADİSƏ
Terror törədiləcəyi barədə yalan məlumat yaymaqda təqsirləndirilən şəxsin istintaqı yekunlaşıb

Terror törədiləcəyi barədə yalan məlumat yaymaqda təqsirləndirilən şəxsin istintaqı yekunlaşıb

HADİSƏ HADİSƏ
Bakı sakinini Şabranda maşın vurub

Bakı sakinini Şabranda maşın vurub

HADİSƏ HADİSƏ
Həbsdə olan tanışına narkotik keçirmək istəyən şəxs saxlanılıb

Həbsdə olan tanışına narkotik keçirmək istəyən şəxs saxlanılıb

HADİSƏ HADİSƏ
Azərbaycanlı gənc idmançı Türkiyədə qətlə yetirildi - FOTO

Azərbaycanlı gənc idmançı Türkiyədə qətlə yetirildi - FOTO

HADİSƏ HADİSƏ
DYP: "Avtobus zolağına təyinatı üzrə daxil olmayan digər nəqliyyat vasitələri cərimələnəcək"

DYP: "Avtobus zolağına təyinatı üzrə daxil olmayan digər nəqliyyat vasitələri cərimələnəcək"

HADİSƏ HADİSƏ
Azərbaycanda bələdiyyə sədri cərimələnib

Azərbaycanda bələdiyyə sədri cərimələnib

HADİSƏ HADİSƏ
Qaradağda 27 yaşlı gənc qətlə yetirilib, şübhəli şəxs saxlanılıb

Qaradağda 27 yaşlı gənc qətlə yetirilib, şübhəli şəxs saxlanılıb

HADİSƏ HADİSƏ
Abşeronda narkotikə görə 5 nəfər saxlanılıb

Abşeronda narkotikə görə 5 nəfər saxlanılıb

HADİSƏ HADİSƏ
DİN və DSX birgə əməliyyat keçirib, saxlanılan var

DİN və DSX birgə əməliyyat keçirib, saxlanılan var

HADİSƏ HADİSƏ
Zaqatala sakini icarəyə götürdüyü ərazidə narkotik yetişdirib

Zaqatala sakini icarəyə götürdüyü ərazidə narkotik yetişdirib