Ölkəmizdə cari ilin ən böyük idman hadisəsinə 100 gün qalıb

Ölkəmizdə cari ilin ən böyük idman hadisəsinə 100 gün qalıb

Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatına rəsmi gerisayıma mayın 5-də start verilib.

"Birxeber.Az" xəbər verir ki, bununla bağlı təşkil olunan tədbirdə dünya çempionatlarında Azərbaycanın qazandığı medallara görə 71 ölkə arasında 39-cu pillədə qərarlaşdığı və yığma komandamızın aktivində 5 medal olduğu diqqətə çatdırılıb.

Qeyd olunub ki, 2000-ci ildə Sidneydə keçirilmiş Yay Olimpiadasının qalibi, müstəqil Azərbaycanın ilk Olimpiya çempionu və dünya çempionatının qalibi olan ilk azərbaycanlı qadın kimi tarixə düşmüş Zemfira Meftahətdinova, Azərbaycanı 4 dəfə Olimpiya Oyunlarında təmsil etmiş İradə Aşumova kimi əfsanələrin ardınca yeni nəsil yetişir.

Daha sonra Milli Olimpiya Komitəsinin vitse-prezidenti Z.Meftahətdinova, dünya çempionatının gümüş mükafatçısı, ikiqat Avropa çempionu, “Paris 2024” Yay Olimpiya Oyunlarına ölkəmizdə ilk və hələlik tək lisenziyaya sahib Ruslan Lunyov, dünya çempionatının bürünc mükafatçısı Nigar Nəsirova, İslam Həmrəyliyi Oyunlarının qızıl medal sahibləri Nurlana Cəfərova və Fuad Qurbanov səhnəyə dəvət olunublar.

Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışan Z.Meftahətdinova çempionatın açılış mərasiminə 100 gün qalmasının Ulu Öndərin 100 illiyi ərəfəsinə təsadüf etməsini əlamətdar hal kimi qiymətləndirib.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov və digərləri iştirak ediblər.

Rəsmi hissə başa çatdıqdan sonra ölkənin tanınmış müğənnilərinin iştirakı ilə konsert proqramı, uşaq və böyüklərin atıcılıq məharətlərini nümayiş etdirmək üçün stendlər və əyləncə guşələri təşkil olunub.

Qeyd edək ki, çempionat avqustun 14-dən 20-dək Bakıda keçiriləcək. Mötəbər yarışda "Paris-2024" Yay Olimpiya Oyunlarına 48 lisenziya oynanılacaq. Olimpiadaya ən çox lisenziya məhz Bakıdakı yarışda öz sahibini tapacaq.

Fərdi Fərdi
Gənclər və İdman Nazirliyi rəsmi maskotunu təqdim edib

Gənclər və İdman Nazirliyi rəsmi maskotunu təqdim edib

Fərdi Fərdi
Azərbaycan idmançılarının III Avropa Oyunlarına yollanacağı tarix açıqlanıb

Azərbaycan idmançılarının III Avropa Oyunlarına yollanacağı tarix açıqlanıb

Fərdi Fərdi
Fişer şahmatı üzrə dünya çempionatının qalibi bəlli olub

Fişer şahmatı üzrə dünya çempionatının qalibi bəlli olub

Fərdi Fərdi
Azərbaycan boksçusu: “Əsas hədəfim Paris-2024-ün qızıl medalını qazanmaqdır”

Azərbaycan boksçusu: “Əsas hədəfim Paris-2024-ün qızıl medalını qazanmaqdır”

Fərdi Fərdi
FIDE Türkiyədəki zəlzələdə zərər çəkənlərə yardım edəcək

FIDE Türkiyədəki zəlzələdə zərər çəkənlərə yardım edəcək

Fərdi Fərdi
Nazir: “İnkişaf üçün dəyişikliklərə ehtiyacımız var, amma inqilab etməyə hazırlaşmırıq”

Nazir: “İnkişaf üçün dəyişikliklərə ehtiyacımız var, amma inqilab etməyə hazırlaşmırıq”

Fərdi Fərdi
Azərbaycanın daha iki taekvondoçusu Bakıdakı dünya çempionatında mübarizəni dayandırıb

Azərbaycanın daha iki taekvondoçusu Bakıdakı dünya çempionatında mübarizəni dayandırıb

Fərdi Fərdi
Azərbaycan taekvondoçuları Türkiyədə iki yarışda iştirak edəcəklər

Azərbaycan taekvondoçuları Türkiyədə iki yarışda iştirak edəcəklər

Fərdi Fərdi
Avropa Oyunları: İlk təsnifatda Ruslan Lunyov 6-cı, Aydan Camalova 18-ci, Ülviyyə Eyvazova 26-cı yeri tutub - YENİLƏNİB

Avropa Oyunları: İlk təsnifatda Ruslan Lunyov 6-cı, Aydan Camalova 18-ci, Ülviyyə Eyvazova 26-cı yeri tutub - YENİLƏNİB

Fərdi Fərdi
Dünya Oyunları: Azərbaycan para-üzgüçüsü gümüş medal qazanıb

Dünya Oyunları: Azərbaycan para-üzgüçüsü gümüş medal qazanıb

Fərdi Fərdi
Qran-pri: Azərbaycan cüdoçuları ilk gündə iki medal qazanıblar - YENİLƏNİB

Qran-pri: Azərbaycan cüdoçuları ilk gündə iki medal qazanıblar - YENİLƏNİB

Fərdi Fərdi
Taekvondo üzrə Azərbaycan yığmasında baş məşqçi dəyişikliyi olub

Taekvondo üzrə Azərbaycan yığmasında baş məşqçi dəyişikliyi olub