Ötən ay sərhəddə 934 min manatlıq qaçaqmal saxlanılıb

Ötən ay sərhəddə 934 min manatlıq qaçaqmal saxlanılıb

Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 107 kiloqram 343 qram narkоtik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 135 ədəd həb aşkarlanaraq dövriyyədən çıxarılıb.

Birxeber.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin 2024-cü ilin yanvar ayının icmalına dair məlumatında bildirilib.

Bundan başqa, qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata keçirilmiş mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 934 min 715 manat оlan qaçaqmal, о cümlədən 1 ədəd “Glock” tapançası, külli miqdarda ABŞ valyutası, nərə balığı və tütün məmulatları saxlanılıb.