İstanbuldan Bakıya narkotik gətirmək istəyən qadınlara HÖKM OXUNDU

İstanbuldan Bakıya narkotik gətirmək istəyən qadınlara HÖKM OXUNDU

Bakıda qanunsuz olaraq narkotik vasitələri daşımada təqsirləndirilən Pərvanə Məmmədəliyeva, Elviyyə Dəmirova və Məhəmməd Abdullayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb, onlara hökm oxunub.

Birxeber Birxeber-a istinadla xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi keçirilən prosesdə elan edilən hökmə əsasən, P.Məmmədəliyeva 11 il 6 ay və E.Dəmirova ilə M.Abdullayevin hər biri 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2021-ci ilin fevral ayında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Dəmirova Elviyyə Rasim qızına məxsus çamadan və bağlama gömrük nəzarəti zamanı saxlanılıb.

Yoxlama zamanı çamadanın və bağlamanın içərisində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gizlədilən 5 ədəd şəffaf polietilen bükümdə gömrük nəzarətindən gizlədilən 977 ədəd MDMA (metilendioksimetamfetamin), uşaq yeməyi qutusunun içərisindən isə 98,800 qram narkotik vasitə - kokain, krem qutularının və çay paketinin içinə yerləşdirilmiş sellofan paketdə isə təsiredici maddəsinin ümumi miqdarı 76,206 qram olan və dünyada ən təhlükəli narkotik vasitə hesab edilən MDMB-4en-PİNACA (Bonzai) maddəsi aşkar edilib.

Aparılan təxirəsalınmaz istintaq hərəkətləri ilə cinayətkar qrupun digər üzvləri Məmmədəliyeva Pərvanə Rüstəm qızı və Abdullayev Məhəmməd İlqar oğlu qeyd edilən narkotik vasitə və psixotrop maddəni təhvil alan zaman saxlanılıblar.

E.Dəmirova, P.Məmmədəliyeva və M.Abdullayevin qeyd edilən cinayət əməllərini törətmələrinə əsaslı şübhələr olduğundan şübhəli şəxs qismində tutulublar. Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə ittiham elan edilib və barələrində Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, metamfetamin və MDMA (metilendioksimetamfetamin) "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir və onun təsiredici maddəsinin ümumi miqdarı 158,19 qramdır.

Birxeber
HADİSƏ HADİSƏ
FHN əməkdaşları batan 2 nəfəri xilas etdi

FHN əməkdaşları batan 2 nəfəri xilas etdi

HADİSƏ HADİSƏ
İmişlidə 4 il əvvəl törədilən oğurluğun üstü açılıb

İmişlidə 4 il əvvəl törədilən oğurluğun üstü açılıb

HADİSƏ HADİSƏ
Bakıda 15 yaşlı qız itkin düşüb

Bakıda 15 yaşlı qız itkin düşüb

HADİSƏ HADİSƏ
Göygöldə yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub

Göygöldə yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub

HADİSƏ HADİSƏ
Bakıda üç xanım özbək qadını DÖYDÜ

Bakıda üç xanım özbək qadını DÖYDÜ

HADİSƏ HADİSƏ
Əjdər Ol yüngül cəza istəyir

Əjdər Ol yüngül cəza istəyir

HADİSƏ HADİSƏ
Xəlil Rza Ulutürkün həyat yoldaşı vəfat etdi

Xəlil Rza Ulutürkün həyat yoldaşı vəfat etdi

HADİSƏ HADİSƏ
Bakıda yanmış meyiti tapılan qadın müəllim öldürülübmüş... - TƏFƏRRÜAT

Bakıda yanmış meyiti tapılan qadın müəllim öldürülübmüş... - TƏFƏRRÜAT

HADİSƏ HADİSƏ
Goranboyda yabanı halda bitən çətənə kolları yandırılıb

Goranboyda yabanı halda bitən çətənə kolları yandırılıb

HADİSƏ HADİSƏ
Bakı sakinini Şabranda maşın vurub

Bakı sakinini Şabranda maşın vurub

HADİSƏ HADİSƏ
Bakıda 9 yaşlı uşağı avtomobil vurub

Bakıda 9 yaşlı uşağı avtomobil vurub

HADİSƏ HADİSƏ
Gəncə sakininin evindən partlayıcı maddələr tapılıb

Gəncə sakininin evindən partlayıcı maddələr tapılıb