Sabah 1000-dən çox namizədin rezidenturaya qəbul imtahanı verəcəyi gözlənilir

Sabah 1000-dən çox namizədin rezidenturaya qəbul imtahanı verəcəyi gözlənilir

İyunun 19-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsini (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, ikinci cəhd) keçiriləcək.

DİM-dən Birxeber-ə bildirilib ki, imtahanda 1021 namizəd iştirak edəcək. Onlardan 795-i Azərbaycan, 226-sı isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 447 nəfəri oğlan, 574 nəfəri qızdır. 558 nəfər cari ilin, 463 nəfər əvvəlki illərin məzunudur. 8 nəfər xarici ölkə vətəndaşıdır.

Bakı və Naxçıvan şəhərlərində keçiriləcək imtahan saat 11:00-da başlanacaq və 2 saat 30 dəqiqə davam edəcək. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Namizədlər DİM-in internet saytına daxil olaraq imtahana buraxılış vərəqəsini çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Namizədin yaddaş kitabçası” təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Namizədlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- Şəxsiyyəti təsdiq edən sənədin əsli;

- İmtahana buraxılış vərəqəsi.

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. DİM iştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edir. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

İmtahanların keçirilməsi üçün ümumilikdə 5 imtahan binası, 13 imtahan rəhbəri, 5 ümumi imtahan rəhbəri, 87 nəzarətçi-müəllim, 11 buraxılış rejimi əməkdaşı (mühafizə) və 5 bina nümayəndəsi ayrılıb.

Birxeber
TƏHSİL TƏHSİL
Hicablı və hamilə olan müəllimləri imtahandan kəsirlər? - AÇIQLAMA

Hicablı və hamilə olan müəllimləri imtahandan kəsirlər? - AÇIQLAMA

TƏHSİL TƏHSİL
Azərbaycanda çalışmış məşhur müəllim vəfat etdi

Azərbaycanda çalışmış məşhur müəllim vəfat etdi

TƏHSİL TƏHSİL
Sabah 1000-dən çox namizədin rezidenturaya qəbul imtahanı verəcəyi gözlənilir

Sabah 1000-dən çox namizədin rezidenturaya qəbul imtahanı verəcəyi gözlənilir

TƏHSİL TƏHSİL
Bu gün II qrup üzrə qəbul imtahanı keçiriləcək

Bu gün II qrup üzrə qəbul imtahanı keçiriləcək

TƏHSİL TƏHSİL
Bu gün 22 minə yaxın IX sinif şagirdi buraxılış imtahanı verəcək

Bu gün 22 minə yaxın IX sinif şagirdi buraxılış imtahanı verəcək

TƏHSİL TƏHSİL
Prezident bu il Qarabağ və Şərqi Zəngəzurda tikintisi başa çatacaq məktəbləri

Prezident bu il Qarabağ və Şərqi Zəngəzurda tikintisi başa çatacaq məktəbləri

TƏHSİL TƏHSİL
Lisey və gimnaziyalara imtahanlar başlayıb

Lisey və gimnaziyalara imtahanlar başlayıb

TƏHSİL TƏHSİL
Emin Əmrullayev "TEKNOFEST Azərbaycan” müsabiqəsinin qaliblərini mükafatlandırdı

Emin Əmrullayev "TEKNOFEST Azərbaycan” müsabiqəsinin qaliblərini mükafatlandırdı

TƏHSİL TƏHSİL
Növbəti buraxılış imtahanlarının nəticələri

Növbəti buraxılış imtahanlarının nəticələri

TƏHSİL TƏHSİL
Müəllimlərin NƏZƏRİNƏ: Sertifikatlaşdırma əmək haqqına təsir edə bilər

Müəllimlərin NƏZƏRİNƏ: Sertifikatlaşdırma əmək haqqına təsir edə bilər

TƏHSİL TƏHSİL
Növbəti buraxılış imtahanlarının vaxtı AÇIQLANDI

Növbəti buraxılış imtahanlarının vaxtı AÇIQLANDI

TƏHSİL TƏHSİL
Musiqi məktəblərinə işə qəbul imtahanını DİM keçirəcək

Musiqi məktəblərinə işə qəbul imtahanını DİM keçirəcək