Türkiyənin Gəncədəki Baş konsulu: "Vətəndaşlarımızın seçkiyə marağı böyükdür"

Türkiyənin Gəncədəki Baş konsulu: "Vətəndaşlarımızın seçkiyə marağı böyükdür"

"Ölkəmizdən kənarda yaşayan vətəndaşlarımız Türkiyənin prezident və parlament seçkilərinə səs vermək üçün böyük maraq göstərir".

"Birxeber.Az"un Qərb bürosunun məlumatına görə, bunu Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop bildirib.

O, bundan əvvəlki seçkilərdə ölkə kənarında yaşayan Türkiyə vətəndaşlarının seçkilərə marağının az olduğunu söyləyib. Baş konsulun sözlərinə görə, artıq seçkilərə maraq artmaqdadır:

"Səhər saat 9:00-dan başlayaraq vətəndaşlarımız səsverməyə gəliblər. Konsulluqda 3 məntəqə var. Seçkidə 5 nəfərdən ibarət seçki komissiyasının nümayəndəsi xidmət göstərir, həmçinin siyasi partiyaların müşahidəçiləri onlar üçün ayrılmış uyğun bir yerdən seçkinin gedişatını müşahidə edirlər".

"Əvvəlki seçkilərdə ölkə kənarında yaşayan vətəndaşlarımızın 50 faizi səsvermədə iştirak edirdisə, bu il Avropada yaşayan Türkiyə vətəndaşlarının, həmçinin Azərbaycanda yaşayan vətəndaşlarımızın seçkilərə daha maraqla qatılması bu faizin çox olacağını göstərir", - baş konsul əlavə edib.

Qeyd edək ki, Türkiyə vətəndaşlarının səsverməsi üçün Azərbaycanda 15 seçki məntəqəsi yaradılıb. Onlardan 9-u Bakı, 3-ü Gəncə, 3-ü isə Naxçıvanda yerləşir.

Səsvermə bütün ünvanlarda mayın 7- si saat 21:00- dək davam edəcək.

Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.

Dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparacaq. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncə və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır.

“Cümhur İttifaqı”da Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası və Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib.

“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.

“Ata” ittifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaq partiyaları daxildir.

Xarici siyasət Xarici siyasət
Binəli Yıldırım 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib

Binəli Yıldırım 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib

Xarici siyasət Xarici siyasət
Ceyhun Bayramov: "Ermənistan öhdəliklərini yerinə yetirmir, hərbi təxribatlarını davam etdirir"

Ceyhun Bayramov: "Ermənistan öhdəliklərini yerinə yetirmir, hərbi təxribatlarını davam etdirir"

Xarici siyasət Xarici siyasət
Hikmət Hacıyev: "Qlobal Bakı Forumu son 10 ildə öz uğurunu sübut edib"

Hikmət Hacıyev: "Qlobal Bakı Forumu son 10 ildə öz uğurunu sübut edib"

Xarici siyasət Xarici siyasət
Türkiyənin Azərbaycandakı səfiri Şuşaya gedib

Türkiyənin Azərbaycandakı səfiri Şuşaya gedib

Xarici siyasət Xarici siyasət
Qırğız Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib

Qırğız Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib

Xarici siyasət Xarici siyasət
Reyçel Avraam: “Səfirliyin açılması Azərbaycan və İsrail arasında əməkdaşlığı gücləndirəcək”

Reyçel Avraam: “Səfirliyin açılması Azərbaycan və İsrail arasında əməkdaşlığı gücləndirəcək”

Xarici siyasət Xarici siyasət
Səmərqənddə Azərbaycan və Özbəkistan prezidentləri arasında görüş keçirilib - YENİLƏNİB-2

Səmərqənddə Azərbaycan və Özbəkistan prezidentləri arasında görüş keçirilib - YENİLƏNİB-2

Xarici siyasət Xarici siyasət
Güneyli siyasətçi: "İran Azərbaycana qarşı düşmənçilik edir"

Güneyli siyasətçi: "İran Azərbaycana qarşı düşmənçilik edir"

Xarici siyasət Xarici siyasət
Azərbaycan XİN-in Naxçıvandakı idarəsinin rəisi Türkiyənin baş konsulu ilə protokol məsələlərini müzakirə edib

Azərbaycan XİN-in Naxçıvandakı idarəsinin rəisi Türkiyənin baş konsulu ilə protokol məsələlərini müzakirə edib

Xarici siyasət Xarici siyasət
"Ermənistanın mövqeyindəki qeyri-stabillik regiona təsir edir, Azərbaycan buna hazır olmalıdır" - RƏY

"Ermənistanın mövqeyindəki qeyri-stabillik regiona təsir edir, Azərbaycan buna hazır olmalıdır" - RƏY

Xarici siyasət Xarici siyasət
Türkiyə səfiri Şuşada Atatürk küçəsinin açılmasına görə Prezident İlham Əliyevə təşəkkür edib

Türkiyə səfiri Şuşada Atatürk küçəsinin açılmasına görə Prezident İlham Əliyevə təşəkkür edib

Xarici siyasət Xarici siyasət
İlham Əliyev Syerra-Leone Prezidentini təbrik edib

İlham Əliyev Syerra-Leone Prezidentini təbrik edib