Hacıqabulda maşın dərəyə aşıb, xəsarət alanlar var - FOTO

Hacıqabulda maşın dərəyə aşıb, xəsarət alanlar var - FOTO

Hacıqabulda yol qəzası baş verib.

Birxeber.Az-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Sərt döngədə idarəetməni itirən minik maşını dəmir səddi qıraraq dərəyə aşıb. Nəticədə sürücü ağır xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.

Avtomobildə olan sərnişinlərin yüngül xəsarət aldıqları bildirilir.

Faktla bağlı araşdırma aparılır.