Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 8 % artıb

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 8 % artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 % artaraq 3 milyard 512,1 milyon manat təşkil edib.

“Birxeber” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, bunun 2 milyard 606,6 milyon manatlıq hissəsi hüquqi şəxslərə məxsus olub.

5 ay ərzində hər bir ölkə sakini orta hesabla 349,6 manatlıq və yaxud 1 il əvvələ nisbətən 54,9 manatdan çox dəyərdə müxtəlif ödənişli xidmətlərdən istifadə edib.