Azərbaycanda internet sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsi təhlil edilib

Azərbaycanda internet sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsi təhlil edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) Azərbaycanda internet telekommunikasiya xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlilini aparıb.

“Report” xəbər verir ki, bu barədə İKTA məlumat yayıb.

Bildirilir, təhlilin aparılmasında bir sıra beynəlxalq reytinq cədvəllərinin indikatorlarından istifadə edilməklə 60 sual araşdırılıb.

Təhlildə hər bir sual üzrə onun əhatə olunma vəziyyəti qiymətləndirilib və qiymətləndirilmədə istifadə olunmuş mənbələr göstərilib. Cədvəlin hazırlanmasında məqsəd ölkədə internet telekommunikasiya xidməti sahəsinin tənzimləyici çərçivəsinin mövcud statusu barədə geniş auditoriyanın məlumatlandırılması və maarifləndirilməsində etibarlı mənbələrə əlçatanlığını təmin etməkdir. Təhlildən müvafiq predmet üzrə biznes bələdçisi kimi istifadə oluna bilər.