Türkiyədə silahlı şəxs fabrikə basqın edib, işçiləri girov saxlayıb - YENİLƏNİB

Türkiyədə silahlı şəxs fabrikə basqın edib, işçiləri girov saxlayıb - YENİLƏNİB

Türkiyənin Kocaeli şəhərinin Gebze rayonunda fabrikə basqın edən naməlum şəxs, ilkin məlumata görə, 7 nəfəri girov götürüb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Ehtimala görə, silahlı şəxs İsrailin Qəzzaya hücumlarına etiraz olaraq bu əməli törədib.

Hazırda polislərin silahlı şəxsin təslim olması və girovları azad buraxması istiqamətində səyləri davam edir.

17:34

Türkiyənin Kocaeli şəhərinin Gebze rayonunda “P&G” fabrikinin əsas binasına silahlı basqın edilib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə İHA məlumat yayıb.

Məlumata görə, silahlı şəxs fabrikdəki insanları girov saxlayıb.

Əraziyə çoxlu sayda polis cəlb olunub. Hadisənin detalları məlum deyil.