Azərbaycan U-17 Avropa çempionatında qadın güləşində rekorda imza atıb

Azərbaycan U-17 Avropa çempionatında qadın güləşində rekorda imza atıb

Azərbaycan Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatında Yunan-Roma güləşində olduğu kimi, qadın güləşində də rekorda imza atıb.

“Birxeber” xəbər verir ki, Azərbaycan 66 xalla komanda hesabında Avropa beşincisi olub. Buna qədər həmin yaş qrupu üzrə qitə birinciliyində zərif cinsin nümayəndələri ən yaxşı halda 62 xal (Faenza-2019) toplamışdı.

Bundan başqa, qadın güləşində medalların əyarına görə son 7, sayına görə isə son 9 ilin ən yaxşı nəticəsinə imza atılıb.

Xatırladaq ki, Buxarestdə qadın güləşçilərimiz Ruzanna Məmmədova (49 kq) qızıl, Elvina Kərimzadə (43 kq) gümüş, Aysel Məmmədzadə (46 kq) isə bürünc medal qazanıb.

Avropa çempionatında qadın güləşi üzrə yarışa yekun vurulub.