İsrail Qəzza zolağında vəsaitlərin dondurulması planını təsdiqlədiyini açıqlayıb

İsrail Qəzza zolağında vəsaitlərin dondurulması planını təsdiqlədiyini açıqlayıb

İsrailin hərbi-siyasi kabineti Fələstinin Qəzza zolağı üçün nəzərdə tutulan vəsaitlərinin üçüncü ölkədə dondurulması sxemini təsdiqləyib.

APA xəbər verir ki, bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb.

“Hərbi-Siyasi Nazirlər Kabineti bu gün (21 yanvar) baş nazir, maliyyə naziri və strateji işlər naziri tərəfindən hazırlanmış Qəzzanın maliyyə dondurulması planını təsdiqləyib”, - bəyanatda deyilir. "Birləşmiş Ştatlar planın həyata keçirilməsinin təminatçısıdır. Baş nazir planın həyata keçirilməsi üçün nizamlı təşkilati işlərə göstəriş verib", - ofis əlavə edib.

Baş nazirin dəftərxanası qeyd edib ki, “Birləşmiş Ştatlar və Norveç İsrailin hərbi-siyasi kabinetinin Qəzza zolağı üçün nəzərdə tutulan maliyyə vəsaitlərinin Fələstin Milli Administrasiyasına köçürülməsini dayandırmağı əmr edən qərarını qəbul edirlər.

“Beləliklə, Qəzza zolağı üçün dondurulmuş vəsaitlər Fələstin Milli Administrasiyasına verilməyəcək, lakin üçüncü ölkənin əlində qalacaq”, - ofis davam edir.

Hərbi-Siyasi kabinet qərar verib ki, “pul və ya onun ekvivalenti heç bir halda maliyyə nazirinin razılığı olmadan, hətta üçüncü ölkə vasitəsilə də fələstinlilərə köçürülə bilməz”.

“Müqavilənin hər hansı pozulması maliyyə nazirinə Fələstinin bütün vəsaitlərini dərhal dondurmağa imkan verəcək”, - deyə İsrail baş nazirinin ofisi vurğulayıb.