Biləsuvarda avtomobildən oğurluq olub

Biləsuvarda avtomobildən oğurluq olub

Biləsuvarda avtomobildən oğurluq olub.

"Birxeber.Az"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar şəhərində evlərdən birində qeydə alınıb.

Belə ki, naməlum şəxs və ya şəxlər qaraja girərək, burada saxlanılan "VAZ 2106" markalı minik avtomobilin yan şüşələrindən birini sındıraraq salonuna daxil olub.

Hadisə yerindən avtomobilin maqnitofonu və akkumulyatoru oğurlanıb.

Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.