Gürcüstanın spikeri: “Müxalifət parlament seçkilərini boykot etməyə hazırlaşır”

Gürcüstanın spikeri: “Müxalifət parlament seçkilərini boykot etməyə hazırlaşır”

Gürcüstanda ən böyük müxalifət partiyası olan “Vahid Milli Hərəkat” və onun tərəfdaşları 2024-cü ilin payızında keçiriləcək parlament seçkilərinin nəticələrini boykot etmək üçün səbəblər axtarır.

“Birxeber.Az” “Sputnik-Georgia”ya istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

Gürcüstanda növbəti parlament seçkiləri 2024-cü ilin oktyabrında keçirilməlidir ki, bu həm səsvermə sistemi, həm də seçki sistemi baxımından ilk və unikal olacaq. Partiya parlamentə yalnız ən azı 5 faiz səs toplayacağı halda daxil ola biləcək. Bu gün “Gürcü arzusu” bütün ictimai rəy sorğularında liderdir.

“Seçkilərin nəticələrini boykot etmək “Vahid Milli Hərəkat” üçün adi qaydadır. Mən 2024-cü ilin istisna olacağını düşünmürəm və indi növbəti seçkiləri boykot etmək üçün bəhanələr hazırlayırlar”, - o bildirib.