“Heydər Əliyev və Azərbaycanda hərbi quruculuq” adlı kitabın təqdimatı olub

“Heydər Əliyev və Azərbaycanda hərbi quruculuq” adlı kitabın təqdimatı olub

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən hazırlanmış və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda hərbi quruculuq” adlı kitabın Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təqdimat mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbirdən öncə Ulu Öndərin Akademiyadakı büstü önünə gül dəstələri qoyulub, xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan SHXÇDX rəisinin müavini, general-leytenant Zaur Abdullayev Ulu Öndərin həyat və fəaliyyətinin bir kitaba sığdırılmasının mümkünsüz olduğunu qeyd edərək kitabda Ümummilli Liderin ölkəmizdə hərbi quruculuq sahəsində gördüyü işlərə, həyata keçirdiyi ardıcıl və məqsədyönlü islahatlara toxunulduğunu vurğulayıb.

Bildirib ki, hələ SSRİ-nin mövcudluğu dövründə Ulu Öndər Heydər Əliyev bütün təzyiqlərə baxmayaraq Azərbaycanda hərbi təhsil müəssisəsinin yaradılmasına, gənclərimizin hərbi sahədə təhsil almağa yönləndirilməsinə nail ola bilmişdi. Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində həmin məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına şərait yaratmışdır.

Millət vəkili, tarix elmləri doktoru Anar İsgəndərov Ulu Öndərin uzaqgörən strategiyasının ölkəmizin davamlı inkişafına, daha da güclənməsinə stimul olduğunu, bu siyasi xəttin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daha da möhkəmləndirilərək dövlətimizin beynəlxalq arenada nüfuz sahibi olmasına şərait yaratdığını qeyd edib.

Tarix elmləri doktoru Mehman Süleymanov təqdim olunan “Heydər Əliyev və Azərbaycanda hərbi quruculuq” adlı kitabda Ulu Öndərin respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə hərbi təhsil, hərbi xidmətə çağırış və səfərbərlik, beynəlxalq hərbi əməkdaşlıq, peşəkar milli zabit kadrların hazırlanması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi, Silahlı Qüvvələrimizin hərbi texnika, silah-sursatla təmin edilməsi mövzularının araşdırıldığını vurğulayıb.

Mətbuat Şurasının sədri Rəşad Məcid Ulu Öndərin dövlətçiliyin qorunub saxlanılmasında misilsiz xidmətlərindən, zəngin siyasi irsi və idarəçilik təcrübəsindən danışıb, Ümummilli Lider Heydər Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində ölkədə ictimai-siyasi sabitliyin bərqərar olmasının demokratik-hüquqi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsinə zəmin yaratdığını ifadə edib.

Daxili siyasət Daxili siyasət
Azərbaycan cəmiyyətində Ermənistanla sülh müqaviləsini dəstəkləyənlər artır - SORĞU

Azərbaycan cəmiyyətində Ermənistanla sülh müqaviləsini dəstəkləyənlər artır - SORĞU

Daxili siyasət Daxili siyasət
Xankəndi şəhəri yaxınlığında mobil qida təminatı xidmətinin yaradılması təklif edilib

Xankəndi şəhəri yaxınlığında mobil qida təminatı xidmətinin yaradılması təklif edilib

Daxili siyasət Daxili siyasət
Azərbaycanda sosial xarakterli fövqəladə mühit zamanı fövqəladə vəziyyət tətbiq edilməyəcək

Azərbaycanda sosial xarakterli fövqəladə mühit zamanı fövqəladə vəziyyət tətbiq edilməyəcək

Daxili siyasət Daxili siyasət
Baş Prokurorluq tərəfindən növbəti regional konfrans Sabirabadda keçirilir

Baş Prokurorluq tərəfindən növbəti regional konfrans Sabirabadda keçirilir

Daxili siyasət Daxili siyasət
FHN-də müşavirə keçirilib, nazir tapşırıqlar verib

FHN-də müşavirə keçirilib, nazir tapşırıqlar verib

Daxili siyasət Daxili siyasət
Ombudsman 2022-ci il üzrə məruzəsini Prezidentə təqdim edib

Ombudsman 2022-ci il üzrə məruzəsini Prezidentə təqdim edib

Daxili siyasət Daxili siyasət
Heydər Əliyev Fondu uşaqlar üçün əyləncə tədbirləri keçirib

Heydər Əliyev Fondu uşaqlar üçün əyləncə tədbirləri keçirib

Daxili siyasət Daxili siyasət
Azərbaycanda Müstəqillik Günüdür

Azərbaycanda Müstəqillik Günüdür

Daxili siyasət Daxili siyasət
Prezident İlham Əliyev sosial media hesabında Novruz bayramı ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev sosial media hesabında Novruz bayramı ilə bağlı paylaşım edib

Daxili siyasət Daxili siyasət
Tarixi abidələrə qanunsuz müdaxilə edən xeyli sayda obyekt sahibinə xəbərdarlıq olunub

Tarixi abidələrə qanunsuz müdaxilə edən xeyli sayda obyekt sahibinə xəbərdarlıq olunub

Daxili siyasət Daxili siyasət
Prezident Azərbaycan gənclərini təbrik edib

Prezident Azərbaycan gənclərini təbrik edib

Daxili siyasət Daxili siyasət
Psixoloq: "Prezidentin Qarabağa səfərləri qondarma "miatsum"a ağır psixoloji zərbə vurur"

Psixoloq: "Prezidentin Qarabağa səfərləri qondarma "miatsum"a ağır psixoloji zərbə vurur"