Ceyhun Bayramov ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan ilə görüşüb

Ceyhun Bayramov ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri çərçivəsində ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan ilə görüşüb.

Bu barədə "Birxeber.Az"a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əsas müzakirələrin Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə həsr olunduğu görüşdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da iştirak edib.

Görüş zamanı, nazir Ceyhun Bayramov Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi, bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı olduğunu, sülh sazişinin razılaşdırılmasının və imzalanmasının əhəmiyyətini vurğulayıb. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə qarşı addımlarından əl çəkməsinin vacib olduğu qeyd edilib. Bununla yanaşı, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasının ölkənin daxili məsələsi olduğunu, bu istiqamətdə səylərə Ermənistan tərəfinin müdaxiləsinin qəbuledilməz olduğunu diqqətə çatdırıb.

Nazir eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, habelə Ermənistan tərəfindən qəbul edilmiş öhdəliklərə zidd olaraq erməni silahlı qüvvələrin hələ də tam olaraq Azərbaycan ərazisindən çıxarılmamasının ciddi təhdid mənbəyi olduğunu vurğulayıb.

Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bölgədə sülh və sabitliyin təmin olunmasında, sülh sazişi üzrə danışıqların uğurla nəticələnməsində ABŞ tərəfinin maraqlı olduğunu bildirib.

Xarici siyasət Xarici siyasət
Azərbaycanın xilasediciləri dağıntılar altından kişi meyitini çıxarıb

Azərbaycanın xilasediciləri dağıntılar altından kişi meyitini çıxarıb

Xarici siyasət Xarici siyasət
Dövlət Departamenti: Cənubi Qafqaz üçün dinc gələcəyin təşviqinə sadiq qalırıq

Dövlət Departamenti: Cənubi Qafqaz üçün dinc gələcəyin təşviqinə sadiq qalırıq

Xarici siyasət Xarici siyasət
Azərbaycan və Qazaxıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB

Azərbaycan və Qazaxıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB

Xarici siyasət Xarici siyasət
Ərdoğan Azərbaycan könüllüsünü təltif edib

Ərdoğan Azərbaycan könüllüsünü təltif edib

Xarici siyasət Xarici siyasət
Azərbaycan XİN Kanadanın xarici işlər nazirinə cavab verib

Azərbaycan XİN Kanadanın xarici işlər nazirinə cavab verib

Xarici siyasət Xarici siyasət
UNESCO rəsmisi Bakıda keçirilən “MİNEPS VII” konfransını tarixi adlandırıb

UNESCO rəsmisi Bakıda keçirilən “MİNEPS VII” konfransını tarixi adlandırıb

Xarici siyasət Xarici siyasət
XİN: "BQXK Azərbaycana bildirib ki, ermənilər konvoylarının təhlükəsizliyini təmin etmir"

XİN: "BQXK Azərbaycana bildirib ki, ermənilər konvoylarının təhlükəsizliyini təmin etmir"

Xarici siyasət Xarici siyasət
Azərbaycan Prezidenti Münxendə "Leonardo" şirkətinin baş icraçı direktoru ilə görüşüb - YENİLƏNİB

Azərbaycan Prezidenti Münxendə "Leonardo" şirkətinin baş icraçı direktoru ilə görüşüb - YENİLƏNİB

Xarici siyasət Xarici siyasət
Türkiyənin Hakimlər və Prokurorlar Şurasının nümayəndə heyətinin səfəri başa çatıb

Türkiyənin Hakimlər və Prokurorlar Şurasının nümayəndə heyətinin səfəri başa çatıb

Xarici siyasət Xarici siyasət
Qarabağ müharibəsində itkin düşən azərbaycanlıların ailələri BMT-yə müraciət ediblər

Qarabağ müharibəsində itkin düşən azərbaycanlıların ailələri BMT-yə müraciət ediblər

Xarici siyasət Xarici siyasət
Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb - YENİLƏNİB

Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb - YENİLƏNİB

Xarici siyasət Xarici siyasət
İlham Əliyev və İrakli Qaribaşvilinin Mçxetada birgə işçi naharı olub

İlham Əliyev və İrakli Qaribaşvilinin Mçxetada birgə işçi naharı olub