Volodimir Zelenski və Sauli Niinistö Ukraynanın müdafiəsinin gücləndirilməsini müzakirə ediblər
Finlandiya Prezidenti Sauli Niinistö ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşüb.
“Birxeber.Az” xəbər verir ki, bu barədə S.Niinistö tviterdə yazıb.
“Biz Ukraynanın müdafiəsi, Finlandiyanın Ukraynaya dəstəyi və qlobal geosiyasi vəziyyətlə bağlı yaxşı və hərtərəfli müzakirə apardıq”, - dövlət başçısı bildirib.
Qeyd edək ki, V.Zelenski Finlandiyada səfərdədir.