Litva mediasında Bakı və Vülnüsdəki yanvar hadisələrindən bəhs edilib

Litva mediasında Bakı və Vülnüsdəki yanvar hadisələrindən bəhs edilib

Litvanın valstietis.lt xəbər portalında “Bakı-Vilnüs: azadlığa aparan yolda yanvarın taleyüklü hadisələri” sərlövhəli məqalə yayımlanıb.

"Birxeber.Az" xəbər verir ki, Litva Azərbaycanlıları Assosiasiyasının sədri Mahir Həmzəyevin qələmə aldığı məqalədə SSRİ rəhbərliyinin 1990-1991-ci illərin yanvar ayında Bakıda və Vilnüsdə törətdiyi hərbi cinayətlərdən geniş bəhs edilib. Bu hərbi cinayətlər zamanı silahsız Azərbaycan və Litva xalqlarının öz mətanəti, həqiqət və azadlıq istəyi ilə mübarizə əzmində olduqlarının bütün dünyaya sübut edildiyi vurğulanıb.

Qeyd edilib ki, Azərbaycanın və Litvanın ən yaxşı oğul və qızları, xalqın qəhrəmanları 1990-cı ildə Bakıda və 1991-ci ildə Vilnüsdə qaranlıq yanvar gecələrinin birində Vətənimizin müstəqillik yoluna elə qüdrətli ümid və azadlıq körpüsü saldılar ki, onu dünyanın heç də hər xalqı hətta əsrlər boyu qura bilməz: “Bakıda və Vilnüsdə baş vermiş faciəli Yanvar hadisələrinin iştirakçıları ölkələrimizin müstəqilliyinin bərpası aktlarına öz qanları ilə imza atdılar və təsdiqlədilər”.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.valstietis.lt/.../baku-vilnius.../131061