BMT: Ukraynada müharibə azı 4 509 mülki şəxsin həyatına son qoyub

BMT: Ukraynada müharibə azı 4 509 mülki şəxsin həyatına son qoyub

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Ali Komissarlığının (OHCHR) məlumatına görə, Rusiyanın Ukraynaya qarşı müharibəyə başladığı fevralın 24-dən mülki əhali arasında zərərçəkənlərin sayı 10 094 - nəfərə (o cümlədən 4 509 dinc sakinin ölümü - red) çatıb.

Bu barədə “Birxeber” “İnterfaks Ukraina”ya istinadən xəbər verir.

“Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Ali Komissarlığı faktiki rəqəmlərin daha yüksək olduğuna inanır, çünki bəzi şiddətli döyüş bölgələrindən məlumat gecikir və bir çox hesabat hələ də təsdiqini gözləyir”, - təşkilatın məlumatında qeyd edilir.

Məlumata görə, bu, məsələn, Mariupol (Donetsk vilayəti), İzyum (Xarkov vilayəti), Popasna və bu hesabata ilk dəfə əlavə olunan Lisiçansk və Severodonetsk (Luqansk vilayəti) əyalətlərinə aiddir, həmin ərazilərdə mülki vətəndaşlar arasında çoxlu sayda qurbanlar var. Onlarla bağlı statistika əlavə olaraq yoxlanılır və yuxarıda qeyd edilən göstəricilərə daxil edilmir.

"Mülki şəxslər arasında ölüm hallarının və ya yaralananların əksəriyyətinə geniş təsir sahəsinə malik partlayıcı qurğuların istifadəsi, o cümlədən ağır artilleriya və çoxsaylı reaktiv raket sistemlərindən atəşə tutulma, həmçinin raket və hava zərbələri səbəb olub", - məlumatda deyilir.

BMT-nin təsdiqlənmiş məlumatlarına görə, müharibə zamanı 1 747 kişi, 1 166 qadın, 129 oğlan və 124 qız ölüb, 41 uşağın və daha 1 302 nəfərin (böyüklər) cinsiyyəti hələ müəyyən edilməyib.

Xəsarət alan 5 585 nəfərin 166-sı oğlan, 125-i qız, o cümlədən cinsiyyəti hələ müəyyən edilməmiş 172 uşaqdır.

Region Region
Lukaşenko Paşinyanı tənqid edib: "Bu gün qərar verməsəniz, daha pis olacaq"

Lukaşenko Paşinyanı tənqid edib: "Bu gün qərar verməsəniz, daha pis olacaq"

Region Region
Çeçenistanda atışma olub: Xüsusi xidmət orqanları iki silahlını məhv edib

Çeçenistanda atışma olub: Xüsusi xidmət orqanları iki silahlını məhv edib

Region Region
Azərbaycanın Gürcüstandakı səfirliyi Marneulidə bədbəxt hadisə ilə bağlı başsağlığı yayıb

Azərbaycanın Gürcüstandakı səfirliyi Marneulidə bədbəxt hadisə ilə bağlı başsağlığı yayıb

Region Region
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 44 218 nəfərə çatıb

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 44 218 nəfərə çatıb

Region Region
Ermənistanın müdafiə nazirinin sabiq müavini müharibədə məhv edilən əsgərin anasını aldadıb

Ermənistanın müdafiə nazirinin sabiq müavini müharibədə məhv edilən əsgərin anasını aldadıb

Region Region
Ukrayna kəşfiyyatı: “Rusiya əyani təhsil alan tələbələri kütləvi şəkildə səfərbər etmək niyyətindədir”

Ukrayna kəşfiyyatı: “Rusiya əyani təhsil alan tələbələri kütləvi şəkildə səfərbər etmək niyyətindədir”

Region Region
Rusiya XİN: “Bir sıra Mərkəzi Asiya ölkələri Qərb sanksiyalarına qoşula bilər”

Rusiya XİN: “Bir sıra Mərkəzi Asiya ölkələri Qərb sanksiyalarına qoşula bilər”

Region Region
Haaqa məhkəməsi sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı hökm oxuyub

Haaqa məhkəməsi sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı hökm oxuyub

Region Region
İranda etiraz aksiyalarında indiyədək 524 nəfər ölüb

İranda etiraz aksiyalarında indiyədək 524 nəfər ölüb

Region Region
Ukrayna Baş Qərargahı: "Rusiyanın 38 450 hərbçisi məhv edilib"

Ukrayna Baş Qərargahı: "Rusiyanın 38 450 hərbçisi məhv edilib"

Region Region
Partiya sədri: “Biz Türkiyəni terror təşkilatının qurbanına çevirə bilmərik”

Partiya sədri: “Biz Türkiyəni terror təşkilatının qurbanına çevirə bilmərik”

Region Region
Ermənistanda “Daşnaksütyun” Partiyası üzvlərinin evlərində axtarış aparılır

Ermənistanda “Daşnaksütyun” Partiyası üzvlərinin evlərində axtarış aparılır