Prezident seçkilərində qeydiyyatdan keçən yerli və beynəlxalq müşahidəçilərin sayı açıqlanıb

Prezident seçkilərində qeydiyyatdan keçən yerli və beynəlxalq müşahidəçilərin sayı açıqlanıb

Azərbaycanda prezident seçkilərini izləmək üçün 86 min 490 müşahidəçi qeydiyyatdan keçib.

“Report”un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

MSK rəsmisinin sözlərinə görə, onlardan 790 nəfəri beynəlxalq müşahidəçidir.

R.Qasımov əlavə edib ki, həmçinin 63 beynəlxalq media qurumu, 119 jurnalist qeydiyyatdan keçib.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.