Ombudsman ermənilərin Azərbaycan Mədəniyyət Mərkəzinə hücumunu pislədi

Ombudsman ermənilərin Azərbaycan Mədəniyyət Mərkəzinə hücumunu pislədi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Fransanın paytaxtı Parisdə bir qrup erməninin Azərbaycan Səfirliyinin Mədəniyyət Mərkəzinə hücumuna etirazla bağlı bəyanat yayıb.

Birxeber xəbər verir ki, bu barədə Ombudsman Aparatından məlumatv verilib. Bəyanatda deyilir:

"Bir sıra kütləvi informasiya vasitələrində yayılan məlumata istinadən Fransanın paytaxtı Parisdə bir qrup erməni Azərbaycan Səfirliyinin Mədəniyyət Mərkəzinə hücum edərək Parisdə “Qarabağa aparan yol” filminin nümayişinin baş tutmaması üçün təxribat törətməyə çalışıblar.

Onlar Azərbaycan Respublikasının Şuşa şəhəri, o cümlədən Qarabağ bölgəsi ilə bağlı təxribatçı şüarlar səsləndirib, dinc insanlara hücum edərək zorakılıq nümayiş etdiriblər. Hücum zamanı Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının vitse-prezidenti Aytən Muradova və digər iştirakçılar xəsarət alıblar. Polis hadisə yerinə gələrək təxribatın qarşısını alıb.

Təəssüf hissi ilə qeyd etmək istərdik ki, dünyanın bir çox yerlərində söz, fikir və ifadə azadlığından istifadə etməklə Azərbaycan mədəniyyətini, tarixini dünya ictimaiyyətinə çatdırmağa çalışan azərbaycanlılar dəfələrlə milli, etnik və nifrət zəminində hücumlara məruz qalırlar.

Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin, Mülki və Siyasi Hüquqlar Haqqında və İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Paktların və digər beynəlxalq sənədlərin müddəalarının kobud pozulması ilə müşaiyət olunan bu hadisələr Ermənistanın etnik və dini zəmində nifrət, düşmənçilik və dözümsüzlük siyasətinin bariz nümunəsidir.

Ermənistanın dövlət siyasətinin əsasını təşkil edən və azərbaycanlılara qarşı ayrı-seçkiliyi, nifrəti alovlandıran, təşviq edən bu kimi təxribatçı əməllər, bu ölkə rəhbərliyinin ermənilərlə azərbaycanlılar arasında “etnik uyğunsuzluğa” aşkar inamının sübutudur.

Ombudsman olaraq, Ermənistanın Azərbaycana, eyni zamanda xarici ölkələrdəki azərbaycanlı icmalarının üzvlərinə qarşı yönələn nifrətə əsaslanan cinayət əməllərini qətiyyətlə pisləyir, Ermənistan tərəfini məqsədli gərginlik yaradaraq sülh danışıqlarına əngəl törətmək cəhdlərindən əl çəkməyə, üzərinə götürdüyü öhdəliklərə əməl etməyə, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmağa çağırırıq".

Qeyd edək ki, bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

Birxeber
SİYASƏT SİYASƏT
Kreml qaçaqmalçılığı leqallaşdırır?

Kreml qaçaqmalçılığı leqallaşdırır?

SİYASƏT SİYASƏT
Aİ-nin xüsusi nümayəndəsi: “Azərbaycanla Ermənistan arasında hərtərəfli nizamlanma lazımdır”

Aİ-nin xüsusi nümayəndəsi: “Azərbaycanla Ermənistan arasında hərtərəfli nizamlanma lazımdır”

SİYASƏT SİYASƏT
AQTA sədrinə yeni vəzifə verilib - SƏRƏNCAM

AQTA sədrinə yeni vəzifə verilib - SƏRƏNCAM

SİYASƏT SİYASƏT
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım yola salınıb - FOTO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım yola salınıb - FOTO

SİYASƏT SİYASƏT
Bakıda NATO-nun təlim kursu keçirilib - FOTO

Bakıda NATO-nun təlim kursu keçirilib - FOTO

SİYASƏT SİYASƏT
Nazirlər Kabinetindən YENİ QƏRAR

Nazirlər Kabinetindən YENİ QƏRAR

SİYASƏT SİYASƏT
Parlamentdə 26 ildən sonra bir ilk – Səfa Mirzəyevin yerinə TƏYİNAT - FOTO

Parlamentdə 26 ildən sonra bir ilk – Səfa Mirzəyevin yerinə TƏYİNAT - FOTO

SİYASƏT SİYASƏT
Qırğız Respublikasının Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Qırğız Respublikasının Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

SİYASƏT SİYASƏT
Laçın Beynəlxalq Hava Limanının inşası ilə bağlı görülən işlər AÇIQLANDI

Laçın Beynəlxalq Hava Limanının inşası ilə bağlı görülən işlər AÇIQLANDI

SİYASƏT SİYASƏT
Cavanşir Feyziyev vəzifəsindən azad olunur

Cavanşir Feyziyev vəzifəsindən azad olunur

SİYASƏT SİYASƏT
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub - RƏSMİ

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub - RƏSMİ

SİYASƏT SİYASƏT
Nazirlər Kabinetindən YENİ QAYDA

Nazirlər Kabinetindən YENİ QAYDA