Sentyabrın 1-dən avtomobillərin utilizasiyası ilə bağlı proqram təminatı işə salınacaq

Sentyabrın 1-dən avtomobillərin utilizasiyası ilə bağlı proqram təminatı işə salınacaq

Dünəndən Dövlət Gömrük Komitəsi, Daxili İşlər Nazirliyi ilə vəsaitlərin ödənməsi ilə bağlı danışıqlar aparılır. Məndə olan məlumata görə, hər iki qurum tərəfindən artıq işlər yekunlaşıb.

APA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində istismara yararsız vəziyyətdə olan avtomobillərin utilizasiyası, mövcud vəziyyət və qarşıda duran məsələlərlə bağlı keçirilən dəyirmi masada “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov deyib. O bildirib ki, artıq proqram təminatına uyğun işə başlanılıb:

"Vətəndaşlar bizə müraciət edə, həmçinin özləri də prosesi izləyə biləcəklər. Artıq sentyabr ayının 1-dən etibarən proqram təminatı işə salınacaq”.

O, həmçinin qeyd edib ki, bu proqram könüllülük prinsipi əsasında həyata keçiriləcək :

"Vacib məqamlardan biri odur ki, bu fond məqsədli olacaq. Yəni bu, büdcə tərkibində olan fonddur. Büdcədə də qayda belədir ki, il bitəndən sonra qalıq vəsaitlər büdcəyə köçürülür. Lakin burada belə deyil. Yəni qalıq vəsait növbəti ilə keçəcək və proqram üçün istifadə ediləcək. Bunun üstünlüyü də hesab edirəm ki, budur".

İdarə heyətinin sədri deyib ki, utilizasiyaya ehtiyacı olan avtomobillərin bir çoxu həyətlərdə “kubik”lərin üzərindədir və çoxunun heç təkərləri də yoxdur:

“Onlardan zibil qutuları kimi istifadə edirlər. Bizim üçün əsas olan onların qeydiyyat orqanında qeydiyyatdan çıxarılmasıdır”.

O qeyd edib ki, nəqliyyat sahiblərinə utilizasiya ilə bağlı təbliğat da vacib məsələdir:

Etibar Abbasov, həmçinin utilizasiya prosesində fondun 50-60 milyon manat vəsait toplayacağı ilə bağlı məsələyə də münasibət bildirib:

“Fonda 60 milyon manat vəsait gəlsə, biz sevinərik. Düzü, mən o qədər məbləğ gözləmirəm. Vəsait artdıqca məbləğlərə də baxmaq olar. Bu, daxil olan vəsaitlərdən asılıdır. Burada növbəlilik prosesi təmin olunacaq və proqram təminatı şəffaf şəkildə icra olunacaq”.