“Heydər Əliyev irsi” mövzusunda ümumrespublika konfransı keçirilib

“Heydər Əliyev irsi” mövzusunda ümumrespublika konfransı keçirilib

Mayın 1-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Gəncədə “Heydər Əliyev irsi” mövzusunda rayon-şəhər Heydər Əliyev mərkəzlərinin ümumrespublika konfransı keçirilib.

Bu barədə "Birxeber.Az"a Mədəniyyət Nazirlyindən bildirilib.

Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzində gerçəkləşən konfrans Ulu Öndərin 100 illik yubileyinə həsr olunub.

Tədbirdə Mədəniyyət Nazirliyinin rəhbərliyi, paytaxtdakı Heydər Əliyev Mərkəzinin məsul şəxsləri, respublikanın rayon və şəhərlərinin Heydər Əliyev mərkəzlərinin rəhbərləri, alim və mütəxəssislər, ali məktəblərin tələbələri iştirak ediblər.

Öncə Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında Ümummilli Liderin abidəsi ziyarət edilərək önünə gül dəstələri qoyulub.

Konfrans Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə dair videoçarxın nümayişi ilə başlayıb.

Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Səadət Yusifova açılış nitqi söyləyib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Sədaqət Əliyeva, Heydər Əliyev Mərkəzinin departament rəhbəri Zafiq Xəlilov, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Qafqaz xalqları tarixi kafedrasının müdiri İradə Hüseynova çıxış ediblər.

Konfransda daha sonra Lənkəran şəhər, Xaçmaz rayon, Şirvan şəhər, Yevlax şəhər və Gəncə şəhər Heydər Əliyev mərkəzləri direktorlarının mövzu ilə bağlı məruzələri dinlənilib.

Çıxış və məruzələr ətrafında müzakirələr aparılıb, Heydər Əliyev mərkəzlərinin fəaliyyəti ilə bağlı metodiki tövsiyələr verilib.

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Sultan Rayev: “Azərbaycanın TÜRKSOY-a davamlı dəstəyi əhəmiyyətlidir”

Sultan Rayev: “Azərbaycanın TÜRKSOY-a davamlı dəstəyi əhəmiyyətlidir”

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Azərbaycan UNESCO-nun iqamətgahında keçirilən tədbirdə təmsil olunub

Azərbaycan UNESCO-nun iqamətgahında keçirilən tədbirdə təmsil olunub

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Heydər Əliyev Mərkəzində Bakı Yay Caz Günlərinin ilk konserti keçirilib

Heydər Əliyev Mərkəzində Bakı Yay Caz Günlərinin ilk konserti keçirilib

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Nazirlik Sumqayıt Teatrında 8 aydır maaşların verilməməsi ilə bağlı məlumatlara aydınlıq gətirib

Nazirlik Sumqayıt Teatrında 8 aydır maaşların verilməməsi ilə bağlı məlumatlara aydınlıq gətirib

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
ICESCO və Mədəniyyət Nazirliyi arasında əməkdaşlığın inkişafı müzakirə olunub

ICESCO və Mədəniyyət Nazirliyi arasında əməkdaşlığın inkişafı müzakirə olunub

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
"Molla Nəsrəddin" lətifələrinin şifahi ənənəsi UNESCO-nun Dünya İrs siyahısına salınıb

"Molla Nəsrəddin" lətifələrinin şifahi ənənəsi UNESCO-nun Dünya İrs siyahısına salınıb

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Naxçıvanda tarixi memarlıq abidələrinin UNESCO-nun əsas siyahısına salınması üçün iş aparılacaq

Naxçıvanda tarixi memarlıq abidələrinin UNESCO-nun əsas siyahısına salınması üçün iş aparılacaq

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Fikrət Əmirovun "Min bir gecə" baleti Bolqarıstanda səhnələşdirilib

Fikrət Əmirovun "Min bir gecə" baleti Bolqarıstanda səhnələşdirilib

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Memarlar İttifaqının sədri Qarabağda salınacaq şəhərlərlə bağlı təkliflərini açıqlayıb

Memarlar İttifaqının sədri Qarabağda salınacaq şəhərlərlə bağlı təkliflərini açıqlayıb

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Həştərxanda Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert baş tutub

Həştərxanda Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert baş tutub

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
İlham Əliyev Bakıda görkəmli bəstəkar Tofiq Quliyevin abidəsinin açılışını edib - YENİLƏNİB-2

İlham Əliyev Bakıda görkəmli bəstəkar Tofiq Quliyevin abidəsinin açılışını edib - YENİLƏNİB-2

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
“Əbədi şəhər” tarixi-etnoqrafik kompleksi ilə tanışlıq

“Əbədi şəhər” tarixi-etnoqrafik kompleksi ilə tanışlıq