Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə bürünc medal qazanıblar
Azərbaycanın bədii gimnastları Şəms Ağahüseynova və Nuray Əhmədzadə Portuqaliyanın Portimao şəhərində keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar.
Federasiyadan "Report"a verilən məlumata görə, cütlük gənclər arasında komanda hesabında fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.
Qeyd edək ki, beynəlxalq turnirə mayın 3-də yekun vurulacaq.