®Qüdrət Həsənquliyevin səlahiyyətli nümayəndəsi Zaqatalada seçicilərlə görüşüb

®Qüdrət Həsənquliyevin səlahiyyətli nümayəndəsi Zaqatalada seçicilərlə görüşüb

Fevralın 1-də BAXCP sədri, Azərbaycan Respublikasının prezidentliyinə qeydə alınmış namizəd Qüdrət Həsənquliyevin səlahiyyətli nümayəndəsi Elçin Mirzəbəyli Zaqatalada seçicilərlə görüşüb.

Görüşdə Qüdrət Həsənquliyevin tərcümeyi-halı, keçdiyi yol, siyasi baxışları və seçki platforması ilə bağlı seçicilərə ətraflı məlumat verilib, BAXCP-nin qeydə alınmış prezidentliyə namizədinə etimad göstəriləcəyi təqdirdə həyata keçiriləcək islahatlardan danışılıb.