MSK sədri: Şəffaflıqdan kim qorxursa, veb-kameranın olmasını istəmir

MSK sədri: Şəffaflıqdan kim qorxursa, veb-kameranın olmasını istəmir

Bəzən fikirlər səslənir ki, veb-kameralar qoymaqla seçicilər qorxudulur. Bu, absurddur.

APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

O deyib ki, dünyanın böyük şəhərlərinə, küçələrə veb-kameralar quraşdırılır:

“Şəffaflıqdan kim qorxursa, veb-kameranın olmasını istəmir. Dünyanın müxtəlif ölkələrində müşahidəçilər ümumilikdə 1000 məntəqədə, həm də heç hər məntəqədə 15-20 dəqiqə olmur. 1000 məntəqədə veb-kameranın quraşdırılması böyük göstəricidir”.