Azərbaycanlı idmançıya UFC ulduzu ilə döyüşmək təklif olunub

Azərbaycanlı idmançıya UFC ulduzu ilə döyüşmək təklif olunub

Azərbaycanlı təmsilçisi Rafael Fiziyevə UFC ulduzu Dastin Porye ilə döyüşmək təklif olunub.

"Report" xəbər verir ki, 30 yaşlı idmançı bu barədə "The AllStar"a müsahibəsində bildirib.

Fiziyev hazırda zədəsinin davam etdiyini söyləyib: "Menecerim zəng etdi və dedi ki, "UFC səndən Porye ilə döyüşməyini istəyir. Hazır olmadığım üçün əsəbiləşdim. Daha əvvəl mənə Londonda döyüşmək təklif olunmuşdu. Amma ertəsi gün dizimi qopardım. Porye ilə döyüşmək istəyirəm, amma dizim sağalmayıb. Nə olur-olsun, UFC-nin ardıcıl iki məğlubiyyətə rəğmən, hələ də mənə inanmasına görə xoşbəxtəm".

Qeyd edək ki, azərbaycanlı döyüşçü son qarşılaşmasında polşalı Mateuş Qamrota zədələndiyi üçün texniki nokautla yenilib.