“Formula 1” üzrə yeddiqat dünya çempionu “Ferrari”yə keçəcək

“Formula 1” üzrə yeddiqat dünya çempionu “Ferrari”yə keçəcək

“Formula 1” üzrə yeddiqat dünya çempionu Lyuis Hemilton “Mercedes”dən “Ferrari”yə keçəcək.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

Bildirilib ki, britaniyalı sürücü 2025-ci il mövsümündən etibarən “Ferrari”nin uğurları üçün çalışacaq. 39 yaşlı idmançı ilə prinsipial razılıq əldə olunub. Tərəflər 2024-cü il mövsümünün startı ərəfəsində əməkdaşlığı elan etməyi planlaşdırırlar.

Onun “Mercedes” ilə müqavilə müddəti 2024-cü ilin sonuna qədərdir. Hemiltonun sözləşməsini daha bir il uzatmaq hüququ var.

Qeyd edək ki, Lyuis Hemilton 2013-cü ildən “Mercedes”in şərəfini qoruyur.