Güləş üzrə Azərbaycan çempionatına yekun vurulub

Güləş üzrə Azərbaycan çempionatına yekun vurulub

Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatına yekun vurulub.

birxeber.az bildirir ki, son yarış günündə 74 kq, 79 kq, 86 kq, 92 kq, 97 kq və 125 kq-da çıxış edən sərbəst güləşçilər mübarizə aparıb.
Turan Bayramov, Hacımurad Ömərov, Orxan Abasov, Abdulcəlil Şabanov, Məhəmmədxan Məhəmmədov və Giorgi Meşvildişvili müvafiq çəki dərəcələri üzrə qızıl medal qazanıblar.

74 kq
1. Turan Bayramov (Gəncə)
2. Cəbrayıl Hacıyev (Atasport)
3. Coşqun Əzimov (MOİK), Namus Orucov (Şamaxı)

79 kq
1. Hacımurad Ömərov (Atasport)
2. Əşrəf Aşırov (MOİK)
3. Soslan Tigiyev (Atasport), Səbuhi Əmiraslanov (Qazax)

86 kq
1. Orxan Abasov (Neftçi)
2. Məhəmməd Abdulxaliqov (Atasport)
3. Kamran Tağıyev (DİN), Hacımurad Məhəmmədsəidov (Atasport)

92 kq
1. Abdulcəlil Şabanov (Abşeron)
2. Fuad Mayılov (MOİK)
3. Cavad Qələndərov (Beyləqan), Fazil Həsənov (Gəncə)

97 kq
1. Məhəmmədxan Məhəmmədov (Atasport)
2. Şamil Zubairov (Atasport)
3. Zəfər Əliyev (Zenit, Masallı), İslam İlyasov (Abşeron)

125 kq
1. Giorgi Meşvildişvili (Atasport)
2. Rahid Həmidli (Masallı)
3. Cavid Sadıqov (UGİM-9), Aydın Əhmədov (Abşeron)