"Qəbələ"nin baş məşqçisi: "Layiqli qələbə ilə finala adladıq"

"Qəbələ"nin baş məşqçisi: "Layiqli qələbə ilə finala adladıq"

"Düşünürəm ki, layiqli qələbə ilə finala adladıq".

"Birxeber.Az"un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev səfərdə "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis sıx qrafikdə oynadıqlarını bildirib: "Təbii otdan süni örtüklü meydançaya keçmək bizim kimi komandalar üçün ağırdır. Amma bu gün sonadək oyundan qopmadıq. Elə vəziyyətdəyik ki, finala çıxmağımızı qeyd etməyə də vaxt yoxdur. Hazırda bizi "Səbail"lə qarşıdakı çempionat oyunu düşündürür. Fikrimizi bu matça yönəldəcəyik. Qısa müddətdə 3-cü dəfə eyni rəqiblə qarşılaşmaq yorucu deyil. Komandalar artıq bir-birilərini əzbərləyiblər. Ağır oyun olacaq. Nəticə üçün əzmkarlıq göstərmək lazımdır".

Feras Abu Akalın oyun zamanı aqressiv davranışları barədə də danışan Baxşıyev onun emosional futbolçu olduğunu söyləyib: "Yarımfinal matçında bu cür halları ormal qarşılamaq lazımdır. Futbolçular tam olaraq oyuna köklənmişdilər".

O, "Ardıcıl beş oyundur, qələbə qazanırsınız. Futbolçuların arxayınlaşmasından qorxmursunuz" sualına qısa cavab verib: "Məşqçi qorxursa, işləməməlidir".

Təcrübəli mütəxəssis finala gedən yolda mübarizədən kənarlaşdırdıqları ən çətin rəqibin "Qarabağ" olduğunu əlavə edib: "Bu cür kollektivi keçmək güc tələb edir. Rəqibləri seçməzdim, bütün oyunlar ağır oldu. "Səbail"lə Qəbələdəki matçda geridönüş etmişdik. Futbolçularımı təbrik edirəm, böyük ruha sahibdirlər. Qarşıdakı hər oyun finala bərabər".

Baxşıyev finalda üz-üzə gələcəkləri "Neftçi"ni "flaqman" adlandırıb: "Onlar da iddialıdırlar. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq ki, layiqli mübarizə aparaq və hədəfə çataq".

Futbol Futbol
Reşfordun “Vest Hem”ə qolu “qırmızı şeytanlar”a qələbə qazandırıb

Reşfordun “Vest Hem”ə qolu “qırmızı şeytanlar”a qələbə qazandırıb

Futbol Futbol
Dünyanın ən bahalı futbolçusu açıqlanıb

Dünyanın ən bahalı futbolçusu açıqlanıb

Futbol Futbol
Niderlandda 25 futbolçu oyun alqı-satqısında ittiham olunur

Niderlandda 25 futbolçu oyun alqı-satqısında ittiham olunur

Futbol Futbol
Konfrans Liqası: “Neftçi” və “Sabah”ın daha bir potensial rəqibi müəyyənləşib

Konfrans Liqası: “Neftçi” və “Sabah”ın daha bir potensial rəqibi müəyyənləşib

Futbol Futbol
Qvardiolanın "Mançester Siti"dən ayrılacağı vaxt bəlli olub

Qvardiolanın "Mançester Siti"dən ayrılacağı vaxt bəlli olub

Futbol Futbol
Premyer Liqa: "Turan Tovuz" Qərb derbisində qələbə qazanıb

Premyer Liqa: "Turan Tovuz" Qərb derbisində qələbə qazanıb

Futbol Futbol
“Qalatasaray” “Qarabağ”a məxsus Avropa rekordunu təkrarlaya bilər

“Qalatasaray” “Qarabağ”a məxsus Avropa rekordunu təkrarlaya bilər

Futbol Futbol
Konfrans Liqası: "Qarabağ"ın potensial rəqiblərinin ilk duelini Rumıniya klubu qazanıb

Konfrans Liqası: "Qarabağ"ın potensial rəqiblərinin ilk duelini Rumıniya klubu qazanıb

Futbol Futbol
Respublika Stadionunun ot örtüyü yenilənir

Respublika Stadionunun ot örtüyü yenilənir

Futbol Futbol
Gənclər və İdman Nazirliyi AFFA-nın əməkdaşlarına fəxri ad verib

Gənclər və İdman Nazirliyi AFFA-nın əməkdaşlarına fəxri ad verib

Futbol Futbol
Premyer Liqa: "Sabah" "Şamaxı"nın, "Kəpəz" "Sumqayıt"ın qonağı olacaq

Premyer Liqa: "Sabah" "Şamaxı"nın, "Kəpəz" "Sumqayıt"ın qonağı olacaq

Futbol Futbol
DÇ-2022: Mərakeş millisi Portuqaliya ilə oyunda fasiləyə üstün yollanıb

DÇ-2022: Mərakeş millisi Portuqaliya ilə oyunda fasiləyə üstün yollanıb