MSK: "Bir sıra beynəlxalq təşkilatlar 1000-1400 arası məntəqədə prosesin gedişini müşahidə edib"

MSK: "Bir sıra beynəlxalq təşkilatlar 1000-1400 arası məntəqədə prosesin gedişini müşahidə edib"

Ən geniş beynəlxalq müşahidə missiyasını həyata keçirəcək təşkilatlar 1000-1400 arası seçki məntəqəsində prosesin gedişini müşahidə edib.

“Report”un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

Onun sözlərinə görə, bir çox Avropa təşkilatlarının tələb etdiyi standart, yəni səsverməni izləmək müddəti 20-25 dəqiqədir: "Bununla səsvermə prosesi haqqında fikir formalaşır. Amma bizim veb-kameralar vasitəsilə bütün səsvermə prosesini əvvəldən sonadək izləmək mümkün olacaq".

MSK rəsmisi əlavə edib ki, məntəqələrdə veb-kameraların quraşdırılması prosesi artıq yekunlaşıb.

"Atdığımız ən mühüm addımlardan biri kameraların istiqamətinin təkmilləşdirilməsidir. Səsvermə günü seçicilərə təsir mexanizmi ola biləcək hər hansı halların qarşısını almaq məqsədilə addımlar atılıb. Beləliklə, kameralar heç bir halda səsvermə kabinalarına yönələ bilməz. Əvvəlki seçkilərdə yayılan görüntülərin incələnməsi ilə məlum olub ki, bu cür quraşdırılan kameralar səsvermə keçirilən müəssisələrin təhlükəsizlik kameraları imiş. Veb-kameralara baxışın 30 faizi ölkə hüdudlarından kənardan izlənmələrdir", - o bildirib.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.