Daha bir ölkə Pekin olimpiadasını boykot edib

Daha bir ölkə Pekin olimpiadasını boykot edib

Slovakiya 2022-ci ildə Pekində keçiriləcək Olimpiya Oyunlarının diplomatik boykotuna qoşulacaq.

birxeber.az bildirir ki, ölkə prezidenti Zuzana Çaputova bu məqsədlə Pekinə səfər etməyəcək.
Bu qərar Çində insan hüquqlarının pozulması ilə bağlı qəbul olunub.
Qeyd edək ki, ABŞ-ın elan etdiyi boykota daha əvvəl Böyük Britaniya və Avstraliya qatılıb.