Azərbaycan və EBRD COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və EBRD COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib

Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında COP29 tədbirinə hazırlıq müzakirə edib.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat Naziri Mikayıl Cbbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"EBRD-nin nümayəndələri ilə Azərbaycanda keçiriləcək COP29 tədbirinə hazırlıq çərçivəsində görülən işlər, beynəlxalq təşkilatlarla dialoqun qurulması, enerji səmərəliliyinin təmin edilməsi üçün resursların effektiv tənzimlənməsi istiqamətində müzakirələr apardıq", - deyə o qeyd edib.