Ukrayna "Harpoon"la Rusiyanın daha bir gəmisini vurdu - ANBAAN VİDEO
Ukrayna ordusu bu gecə "İlan adası" yaxınlığında Rusiyanın "Vasili Bex" yedək gəmisini vurub.
Birxeber xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Vurulan rus gəmisi "İlan adası"na döyüş sursatı, silah və şəxsi heyət daşıyıb.
Gəmidə "Tor" hava hücumundan müdafiə sistemi olsa da, Ukrayna raketlərini vura bilməyib.
Odessa vilayəti hərbi komandanlığının başçısı Maksim Marçenko Rusiya gəmisinin Britaniya istehsalı olan “Harpoon” gəmi əleyhinə raketi ilə vurulduğunu açıqlayıb.
Birxeber