Prezidentin sərəncamı İkinci Dünya müharibəsi iştirakçıları və digərlərindən ibarət 3729 nəfərə şamil olunacaq

Prezidentin sərəncamı İkinci Dünya müharibəsi iştirakçıları və digərlərindən ibarət 3729 nəfərə şamil olunacaq

Prezident İlham Əliyevin yeni Sərəncamı İkinci Dünya müharibəsi iştirakçıları və sənəddə nəzərdə tutulan digər şəxslərdən ibarət 3729 şəxsə şamil olunacaq.

Bu barədə "Birxeber.Az"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Prezident İlham Əliyevin imzaladığı yeni “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 26 aprel 2023-cü il tarixli Sərəncam həmin kateqoriyadan olan vətəndaşlara yüksək diqqət və qayğının daha bir təzahürüdür.

Sərəncama əsasən, İkinci Dünya müharibəsində Qələbənin 78-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçısı olmuş 57 nəfərin hər birinə 1500 manat məbləğində birdəfəlik yardım ödəniləcək.

İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarından ibarət 3672 nəfərin hər birinə isə 750 manat məbləğində birdəfəlik yardım veriləcək.

Beləliklə, Sərəncam 3729 şəxsi əhatə edəcək.

Birdəfəlik maddi yardımların verilməsi üçün Sərəncamla Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,9 milyon manat vəsait ayrılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik maddi yardımlar İkinci Dünya müharibəsi iştirakçılarının və digər müvafiq şəxslərin bank hesablarına köçürüləcək.

Sosial müdafiə Sosial müdafiə
Cəlilabadda mərkəzdən 3 km aralıda yerləşən kəndin yolları bərbad vəziyyətə düşüb

Cəlilabadda mərkəzdən 3 km aralıda yerləşən kəndin yolları bərbad vəziyyətə düşüb

Sosial müdafiə Sosial müdafiə
Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi naziri işdən çıxarılıb, yeni nazir təyin olunub

Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi naziri işdən çıxarılıb, yeni nazir təyin olunub

Sosial müdafiə Sosial müdafiə
Dövlət Komitəsi zorakılığa məruz qalan qadınlara uyğunsuz məsləhətlər verən ailə üzvlərini qınayıb

Dövlət Komitəsi zorakılığa məruz qalan qadınlara uyğunsuz məsləhətlər verən ailə üzvlərini qınayıb

Sosial müdafiə Sosial müdafiə
Dövlət Komitəsinin sədr müavini: "Gender əsaslı zorakılıq qadınlara həyatları boyu təsir edir" 

Dövlət Komitəsinin sədr müavini: "Gender əsaslı zorakılıq qadınlara həyatları boyu təsir edir" 

Sosial müdafiə Sosial müdafiə
Pakistanlı nazir Azərbaycana səfərə gəlib

Pakistanlı nazir Azərbaycana səfərə gəlib

Sosial müdafiə Sosial müdafiə
Sahil Babayev ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Sahil Babayev ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Sosial müdafiə Sosial müdafiə
Bu il məhkəməyə getmədən xitam verilən boşanma işlərinin sayı açıqlanıb

Bu il məhkəməyə getmədən xitam verilən boşanma işlərinin sayı açıqlanıb

Sosial müdafiə Sosial müdafiə
Britaniya səfiri: “Technest” rəqəmsallaşma sahəsində gender bərabərsizliyinə qarşı mübarizədə nümunədir”

Britaniya səfiri: “Technest” rəqəmsallaşma sahəsində gender bərabərsizliyinə qarşı mübarizədə nümunədir”

Sosial müdafiə Sosial müdafiə
Son 5 il ildə indeksləşdirmə nəticəsində pensiyaların sığorta hissəsi 70 faiz artıb

Son 5 il ildə indeksləşdirmə nəticəsində pensiyaların sığorta hissəsi 70 faiz artıb

Sosial müdafiə Sosial müdafiə
Bu il pensiya, müavinət, təqaüd, ünvanlı yardımlar üzrə əhaliyə ödənilən vəsait açıqlanıb

Bu il pensiya, müavinət, təqaüd, ünvanlı yardımlar üzrə əhaliyə ödənilən vəsait açıqlanıb

Sosial müdafiə Sosial müdafiə
Şəhid ailələri və qazilərə qayğı dövlətin hər zaman diqqətindədir

Şəhid ailələri və qazilərə qayğı dövlətin hər zaman diqqətindədir

Sosial müdafiə Sosial müdafiə
Balakəndə avtomobildə konstruksiya dəyişikliyi edən sürücülər cərimələnib

Balakəndə avtomobildə konstruksiya dəyişikliyi edən sürücülər cərimələnib