Azərbaycana yaxın günlərdə meymunçiçəyi ilə bağlı testlər gətiriləcək
“Azərbaycan səhiyyəsi istənilən epidemik və pandemik çağırışlara cavab verməyə hazırdır”.
Birxeber xəbər verir ki, bunu Birxeber-ya açıqlamasında səhiyyə naziri Teymur Musayev bildirib.
Nazir deyib ki, meymunçiçəyi ilə əlaqədar bütün lazımi qabaqlayıcı tədbirlər görülüb:
“Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ölkəmizə bu günlərdə testlər gətiriləcək. Eyni zamanda meymunçiçəyinin müalicəsi üçün lazım olan və qeydiyyatdan keçmiş bütün dərman preparatları çox qısa müddətdə ölkəmizə gətiriləcək”.
Birxeber