Sumqayıt Texnologiyalar Parkına yeni sözçü təyin olunub

Sumqayıt Texnologiyalar Parkına yeni sözçü təyin olunub

Sumqayıt Texnologiyalar Parkında (STP) yeni təyinat olub.

"Report"un yerli bürosu xəbər verir ki, Nigar Orucova qurumun Kommunikasiya üzrə rəhbər vəzifəsinə təyin edilib.

O, 1986-cı ildə Bakı şəhərində anadan olub.

N.Orucova bundan əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyində mətbuat xidmətində çalışıb. Daha öncələr bank sektorunda ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsində fəaliyyət göstərib.