Azərbaycan Prezidenti Özbəkistana səfər edəcək

Azərbaycan Prezidenti Özbəkistana səfər edəcək

Azərbaycan və Özbəkistanın analitik mərkəzləri “Qlobal qeyri-sabitlik şəraitində ikitərəfli əməkdaşlığın perspektivləri” adlı onlayn konfrans keçirib.

“Birxeber” xəbər verir ki, tədbir Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Özbəkistan Respublikası Prezidenti yanında Strateji və Bölgələrarası Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.

Konfransda Azərbaycan və Özbəkistan arasında münasibətlərin inkişafına töhfə verən fikir mübadiləsinin aparılması üçün dialoq meydançası qismində bu formatın zəruriliyi vurğulanıb.

Bildirilib ki, bu formatda ilk görüş ölkələr arasında diplomatik münasibətlərin qurulmasının ildönümü münasibətilə ötən ilin dekabr ayında təşkil olunub. Bu dəfə isə iki ölkənin analitik mərkəzlərinin aparıcı ekspertləri Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri ərəfəsində bir araya gəliblər. Bu səfər əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açacaq.

“Münasibətlərimiz dərin köklərə malikdir. Biz əsrlər boyu sülh və anlaşma şəraitində yaşamışıq və bir-birinə qardaş kimi münasibət bəsləmişik. Bu, uzunmüddətli perspektivdə münasibətləri qurmağa imkan verən təməl rolunu oynayır. Azərbaycanı Cənubi Qafqazda əsas tərəfdaşımız hesab edirik. Əməkdaşlığımız daim artan xətt üzrə inkişaf edir”, - Özbəkistan Prezidenti yanında Strateji və Bölgələrarası Araşdırmalar İnstitutunun direktoru Eldor Aripov bildirib. 

BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev isə vurğulayıb ki, dövlət başçılarının müəyyən etdikləri əməkdaşlıq istiqamətləri, o cümlədən nəqliyyat, enerji, iqtisadiyyat və ticarət sahələri üzrə əməkdaşlıq bundan sonra da inkişaf edəcək. 

Onun sözlərinə görə, heç bir hərbi-siyasi bloklara qoşulmamış və müstəqil siyasət yürüdən yeganə postsovet ölkələri Azərbaycan və Özbəkistandır: “Hər iki ölkədə siyasi sabitlik hökm sürür. Məqsəd bazar iqtisadiyyatının, qlobal iqtisadiyyatla əlaqələrin inkişafı ilə bağlı islahatları davam etdirmək və dərinləşdirməkdir”.

Xarici siyasət Xarici siyasət
İlham Əliyev İtaliya Prezidentini təbrik edib

İlham Əliyev İtaliya Prezidentini təbrik edib

Xarici siyasət Xarici siyasət
Azərbaycanın Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasında nümayəndəsi müəyyənləşib

Azərbaycanın Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasında nümayəndəsi müəyyənləşib

Xarici siyasət Xarici siyasət
Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib

Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib

Xarici siyasət Xarici siyasət
Prezident: "İlkin hesablamalara görə, işğal dövründə Ermənistan həmin ərazilərə bir milyondan artıq mina basdırıb"

Prezident: "İlkin hesablamalara görə, işğal dövründə Ermənistan həmin ərazilərə bir milyondan artıq mina basdırıb"

Xarici siyasət Xarici siyasət
Prezident İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı nazirini qəbul edib - YENİLƏNİB

Prezident İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı nazirini qəbul edib - YENİLƏNİB

Xarici siyasət Xarici siyasət
Azərbaycan Prezidenti Özbəkistana səfər edəcək

Azərbaycan Prezidenti Özbəkistana səfər edəcək

Xarici siyasət Xarici siyasət
Mustafa Şentop: “Arzumuz Azərbaycanın haqq səsinin beynəlxalq aləmdə eşidilməsidir”

Mustafa Şentop: “Arzumuz Azərbaycanın haqq səsinin beynəlxalq aləmdə eşidilməsidir”

Xarici siyasət Xarici siyasət
XİN başçısı: “Gürcüstan-Azərbaycan tərəfdaşlığı gündən-günə güclənir”

XİN başçısı: “Gürcüstan-Azərbaycan tərəfdaşlığı gündən-günə güclənir”

Xarici siyasət Xarici siyasət
Azərbaycan Prezidenti İrana səfərə dəvət olunub

Azərbaycan Prezidenti İrana səfərə dəvət olunub

Xarici siyasət Xarici siyasət
İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub

İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub

Xarici siyasət Xarici siyasət
Rusiya Dövlət Dumasının deputatı Azərbaycan ilə parlamentlərarası dialoqu genişləndirməyə çağırıb

Rusiya Dövlət Dumasının deputatı Azərbaycan ilə parlamentlərarası dialoqu genişləndirməyə çağırıb

Xarici siyasət Xarici siyasət
Bolqarıstan XİN: “Azərbaycanın enerji təhlükəsizliyinə töhfəsinə bel bağlayırıq”

Bolqarıstan XİN: “Azərbaycanın enerji təhlükəsizliyinə töhfəsinə bel bağlayırıq”