Samir Şərifov: "İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyat mənfi məcradan tez bir zamanda müsbət templərə qayıdıb"

Samir Şərifov: "İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyat mənfi məcradan tez bir zamanda müsbət templərə qayıdıb"

“Ötən il Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı mənfi məcradan tez bir zamanda müsbət iqtisadi artım templərinə qayıdışı təmin edilib”.

“Birxeber” xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasında "2021-ci ilin dövlət büdcəsinin icrası haqqında" Qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, ölkə iqtisadiyyatı ilkin nəzərdə tutulduğundan daha tez və surətli bərpa olunaraq daha yüksək artım tempi nümayiş etdirib. Dövlət büdcəsi qarşısında qoyulan əsas vəzifələr təmin edilib.

“Sözsüz ki, müəyyən məsələlər var və hər zamanda müzakirələr zamanı qaldırılır və bizim ənənəyə uyğun olaraq məsələlər hökumət tərəfindən tədqiq edilir. Milli Məclisin deputatları tərəfindən də, eyni zamanda Hesablama Palatası tərəfindən qeyd olunduğu kimi bir sıra məsələlərin sonrakı təhlili əsasında hökumət tərəfindən müəyyən təkliflər edilir. Növbəti illərin dövlət büdcələrində və ya proqnozlarında bunlar öz əksini tapır.

Ümumiyyətlə, 2021-ci ilin mənzərəsinə baxsaq, qısa müddət ərzində iqtisadi artımı bərpa etdik. Daha tez iqtisadi artım məcrasına qayıdışı təmin etdik, gəlirlərimiz artıb, xüsusi ilə neft sektorundan gəlirlərimiz artıb. Buna heç şübhəsiz ki, beynəlxalq ticarət konyukturası təsir göstərib. Bununla yanaşı, qeyri-neft gəlirlərimiz də əhəmiyyətli dərəcədə artıb. Proqnozlardan xeyli yüksək artım olduqca müsbət haldır”, - nazir qeyd edib.

S. Şərifov əlaə edib ki, Dövlət Neft Fondunun aktivləri, Azərbaycanın valyuta ehtiyatları 2021-ci il ərzində artıb ki, bu da, bizim maliyyə ehtiyatlarımızın möhkəmləndirilməsində olduqca vacib və təqdirəlayiq haldır.

Maliyyə Maliyyə
Bank rəsmisi: "Mobil operatorların bank xidməti göstərməsi yeni çağırışlar yaradır"

Bank rəsmisi: "Mobil operatorların bank xidməti göstərməsi yeni çağırışlar yaradır"

Maliyyə Maliyyə
Azərbaycanda pul bazası fevralda 2 % artıb

Azərbaycanda pul bazası fevralda 2 % artıb

Maliyyə Maliyyə
Azərbaycan neftinin qiyməti 75 dollardan aşağı düşüb

Azərbaycan neftinin qiyməti 75 dollardan aşağı düşüb

Maliyyə Maliyyə
Qızıl bahalaşmaqda davam edir

Qızıl bahalaşmaqda davam edir

Maliyyə Maliyyə
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (30.03.2023)

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (30.03.2023)

Maliyyə Maliyyə
“Fitch” Azərbaycanın xalis suveren aktivlər mövqeyinin ÜDM-in 68,7 %-nə qədər artacağını gözləyir

“Fitch” Azərbaycanın xalis suveren aktivlər mövqeyinin ÜDM-in 68,7 %-nə qədər artacağını gözləyir

Maliyyə Maliyyə
"Yelo Bank"ın bahar kampaniyası daha sərfəli şərtlərlə davam edir

"Yelo Bank"ın bahar kampaniyası daha sərfəli şərtlərlə davam edir

Maliyyə Maliyyə
Qızıla qlobal tələbat 11 illik maksimumu yeniləyib

Qızıla qlobal tələbat 11 illik maksimumu yeniləyib

Maliyyə Maliyyə
Naxçıvan Ali Məclisinin İqtisadi siyasət komitəsinin iclası keçirilib

Naxçıvan Ali Məclisinin İqtisadi siyasət komitəsinin iclası keçirilib

Maliyyə Maliyyə
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (20.12.2022)

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (20.12.2022)

Maliyyə Maliyyə
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (27.02.2023)

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (27.02.2023)

Maliyyə Maliyyə
Abşeronda kirayə mənzil fonduna daha 81 tam təmirli mənzil əlavə edilib

Abşeronda kirayə mənzil fonduna daha 81 tam təmirli mənzil əlavə edilib