Komissiya sədri: "Biləsuvarda partlayış baş verən bina ilə bağlı qərar veriləcək"

Komissiya sədri: "Biləsuvarda partlayış baş verən bina ilə bağlı qərar veriləcək"

"Biləsuvar şəhərində partlayış olan binanın vəziyyəti Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən dəyərləndiriləcək və buna uyğun qərar veriləcək".

Bunu "Birxeber.Az"un Muğan bürosuna Biləsuvar Rayon Fövqəladə Hallar Komissiyasının sədri Azər Cəfərli deyib.

Onun sözlərinə görə, növbəti mərhələdə bina ya təmir olunacaq, ya da sökülüb yenidən inşa ediləcək.

Komissiya sədri ötən gün axşam saatlarından etibarən artıq binada yaşayışın dayandırıldığını söyləyib.

O, hazırda bina sakinlərinin siyahısı ilə bağlı dəqiqləşdirilmə aparıldığını bildirib.

Xatırladaq ki, partlayış ötən gün axşam saatlarında şəhər ərazisində yerləşən beşmərtəbəli yaşayış binasında baş verib və nəticədə 1988-ci il təvəllüdlü Günay Əliyeva ölüb, onun övladları - 2009-cu il təvəllüdlü F.Əliyeva və 2013-cü il təvəllüdlü Y.Əliyev isə yaralanıb.

Qadının meyiti binanın qarşısına tökülən dağıntılar altından çıxarılıb. Partlayışın dalğası nəticəsində qadının dağıntılarla birlikdə binanın qarşısına atıldığı məlum olub.

Qadının övladlarının müalicəsi Respublika Yanıq Mərkəzində davam etdirilir.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı aparılır.

HADİSƏ HADİSƏ
Gəncədə süni göl daşıb, evlərə və küçələrə su dolub

Gəncədə süni göl daşıb, evlərə və küçələrə su dolub

HADİSƏ HADİSƏ
Ali Məhkəmənin hakimi: "Cəmiyyətdə mülki işlərə baxılması xüsusiyyətləri ilə bağlı tam təsəvvür yoxdur"

Ali Məhkəmənin hakimi: "Cəmiyyətdə mülki işlərə baxılması xüsusiyyətləri ilə bağlı tam təsəvvür yoxdur"

HADİSƏ HADİSƏ
Beyləqanda bir ailənin 4 üzvü öldürülüb

Beyləqanda bir ailənin 4 üzvü öldürülüb

HADİSƏ HADİSƏ
Bakıda iranlı narkotacirlərin şəbəkəsinə daxil olan daha 6 nəfər saxlanılıb

Bakıda iranlı narkotacirlərin şəbəkəsinə daxil olan daha 6 nəfər saxlanılıb

HADİSƏ HADİSƏ
Laçında ağır yol qəzası olub, "Azərenerji"nin 2 əməkdaşı ölüb

Laçında ağır yol qəzası olub, "Azərenerji"nin 2 əməkdaşı ölüb

HADİSƏ HADİSƏ
Sabirabadda pambıq emalı zavodunda yanğın başlayıb

Sabirabadda pambıq emalı zavodunda yanğın başlayıb

HADİSƏ HADİSƏ
Qarlı hava şəraiti Abşeronda yol qəzasına səbəb olub, xəsarət alanlar var

Qarlı hava şəraiti Abşeronda yol qəzasına səbəb olub, xəsarət alanlar var

HADİSƏ HADİSƏ
Dubay-Mahaçqala təyyarəsi güclü duman səbəbindən Bakı hava limanına enib

Dubay-Mahaçqala təyyarəsi güclü duman səbəbindən Bakı hava limanına enib

HADİSƏ HADİSƏ
“Sədərək”də mağazaya basqın edən şəxs tutulub

“Sədərək”də mağazaya basqın edən şəxs tutulub

HADİSƏ HADİSƏ
“Sədərək” ticarət mərkəzində yanğın başlayıb

“Sədərək” ticarət mərkəzində yanğın başlayıb

HADİSƏ HADİSƏ
Xaçmazda meyit tapılıb, qətli törədən saxlanılıb - YENİLƏNİB-2

Xaçmazda meyit tapılıb, qətli törədən saxlanılıb - YENİLƏNİB-2

HADİSƏ HADİSƏ
Naxçıvanda fəhlə tikinti zamanı ölüb

Naxçıvanda fəhlə tikinti zamanı ölüb