Azərbaycanda bu il 18506 nikah, 5043 boşanma halı qeydə alınıb
Bu ilin ilk dörd ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 18506 nikah və 5043 boşanma halları qeydə alınıb.
Bu barədə "Birxeber"a Statistika Komitəsindən məlumat verilib.
Bildiirlib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,5-dən 5,6-ya qədər artmış, boşanmaların sayı isə azalaraq 1,6-dan 1,5-ə düşüb.