Azərbaycan Kahramanmaraşda zəlzələdən zərərçəkənlərə növbəti dəfə yardım göndərib

Azərbaycan Kahramanmaraşda zəlzələdən zərərçəkənlərə növbəti dəfə yardım göndərib

Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondu Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) ilə birlikdə Kahramanmaraş şəhərində zəlzələdən zərərçəkənlərə yardım kampaniyası təşkil edib.

Bu barədə "Birxeber.Az"a Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, yardım kampaniyası Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması, zəlzələdən zərər çəkənlərin həyatlarının yüngülləşdirilməsi, ehtiyaclarının ödənilməsi məqsədilə dövlətimizin həyata keçirdiyi uzunmüddətli kampaniyanın tərkib hissəsidir.

Kahramanmaraş valisi Ömər Faruk Coşkun, Kahramanmaraş Böyük Şəhər Bələdiyyəsinin sədri Hayrettin Güngör Azərbaycandan gələn qonaqlarla və diaspor nümayəndələri ilə görüşüblər. Görüşlərdə Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Diasporuna Dəstək Fondunun, TADEF-in və Türkiyədəki Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.

Görüşdə kampaniyanın səmərəli təşkili müzakirə olunub, Azərbaycan dövlətinin, həmçinin diaspor təşkilatlarının hər zaman türkiyəli qardaşlarımızın yanında olduqları, müvafiq addımlar atmağa hazır olduqları diqqətə çatdırılıb.

Minlərlə soydaşımızın da aralarında olduğu 2600-dən çox ailəyə çatdırılan yardım bağlamalarında 30 çeşiddə gündəlik tələbat malları var. TADEF-in təşklatçılığı ilə İstanbuldan Kahramanmaraşa yola düşən maşınlar artıq ünvana çatıb və yardım zəlzələdən zərər çəkənlərə çatdırılır.

Qeyd edək ki, yardım kampaniyası xaricdə yaşayan aztəminatlı azərbaycanlılara, o cümlədən Türkiyədə baş vermiş zəlzələdən zərər çəkmiş şəxslərə sosial yardım göstərilməsi üçün ayrılan dövlət vəsaiti və bir müddət əvvəl ADDF tərəfindən həyata keçirilmiş “Türkiyə, səninləyik!” yardımtoplama kampaniyası çərçivəsində toplanmış ianələr hesabına həyata keçirilir. Kampaniya iki gün davam edəcək.

Diaspor Diaspor
Milli Məclis sədrinin müavini: “Dünya Azərbaycanlılarının Şuşada keçiriləcək V Qurultayı beynəlxalq hadisədir”

Milli Məclis sədrinin müavini: “Dünya Azərbaycanlılarının Şuşada keçiriləcək V Qurultayı beynəlxalq hadisədir”

Diaspor Diaspor
Avstraliya İrandakı vəziyyətlə bağlı Azərbaycan icmasının müraciətinə cavab verib

Avstraliya İrandakı vəziyyətlə bağlı Azərbaycan icmasının müraciətinə cavab verib

Diaspor Diaspor
Permdəki Azərbaycan diasporu Türkiyəyə humanitar yardım göndərib

Permdəki Azərbaycan diasporu Türkiyəyə humanitar yardım göndərib

Diaspor Diaspor
Aksiya iştirakçısı: "Məqsədimiz güney azərbaycanlıların səsini dünyaya çatdırmaqdır”

Aksiya iştirakçısı: "Məqsədimiz güney azərbaycanlıların səsini dünyaya çatdırmaqdır”

Diaspor Diaspor
Pənahəli xanın nəslinin nümayəndəsi: “Qarabağ Zəfərinin möhtəşəmliyini Şuşada daha dərindən hiss etdim”

Pənahəli xanın nəslinin nümayəndəsi: “Qarabağ Zəfərinin möhtəşəmliyini Şuşada daha dərindən hiss etdim”

Diaspor Diaspor
Azərbaycan və Özbəkistan arasında diaspor məsələləri müzakirə olunub

Azərbaycan və Özbəkistan arasında diaspor məsələləri müzakirə olunub

Diaspor Diaspor
Baronessa Koksun cəzalandırılması tələbi ilə Britaniya parlamentinin komitəsinə müraciət olunub

Baronessa Koksun cəzalandırılması tələbi ilə Britaniya parlamentinin komitəsinə müraciət olunub

Diaspor Diaspor
Dünya azərbaycanlılarının elm xadimləri İstanbulda görüşüb

Dünya azərbaycanlılarının elm xadimləri İstanbulda görüşüb

Diaspor Diaspor
Dünya Azərbaycanlılarının Həmrəylik Günü Nyu-Yorkda qeyd olunub

Dünya Azərbaycanlılarının Həmrəylik Günü Nyu-Yorkda qeyd olunub

Diaspor Diaspor
Almaniya azərbaycanlıları Xankəndi-Laçın yolunda ekoloji terrora etiraz edənlərə dəstək aksiyası keçiriblər

Almaniya azərbaycanlıları Xankəndi-Laçın yolunda ekoloji terrora etiraz edənlərə dəstək aksiyası keçiriblər

Diaspor Diaspor
Dövlət Komitəsi Azərbaycan diasporuna müraciət edib

Dövlət Komitəsi Azərbaycan diasporuna müraciət edib

Diaspor Diaspor
"Xocalı soyqırımı Xocalı uşaqlarının gözü ilə" videoçarxları təqdim edilib

"Xocalı soyqırımı Xocalı uşaqlarının gözü ilə" videoçarxları təqdim edilib