KİV: İran SEPAH-ın yüksək rütbəli zabitlərini Suriyadan çıxarır

KİV: İran SEPAH-ın yüksək rütbəli zabitlərini Suriyadan çıxarır

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli zabitlərini Suriyadan çıxarır.

Birxeber.Az "Jerusalem Post"a istinadən xəbər verir ki, bu addım SEPAH zabitlərinə qarşı İsrail tərəfindən törədildiyi iddia edilən sui-qəsdlərdən sonra atılıb.

Qeyd olunub ki, İran çox güman ki, Livandakı "Hizbullah" ilə əlaqəsi sayəsində Suriya əməliyyatlarını uzaqdan davam etdirəcək.