Azərbaycan lideri İsrail Prezidentini təbrik edib

Azərbaycan lideri İsrail Prezidentini təbrik edib

Prezident İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa təbrik məktubu ünvanlayıb.

"Report"un xəbərinə görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

İsrail Dövlətinin müstəqilliyinin 75-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Ötən dövr ərzində İsrail bütün sahələrdə mühüm nailiyyətlər əldə etmiş və dünyanın ən inkişaf etmiş ölkələri sırasında yer almışdır.

Azərbaycan-İsrail əlaqələrinin daim yüksələn xətlə inkişaf edərək bugünkü səviyyəyə çatması məmnunluq doğurur. Bunun təməlində xalqlarımızı birləşdirən çoxəsrlik möhkəm dostluq və qarşılıqlı rəğbət hissləri dayanır.

Bu gün siyasi dialoqumuzun yüksək səviyyəsi iqtisadiyyat, energetika, yüksək texnologiyalar, təhsil, hərbi-texniki və digər sahələrdə qarşılıqlı fəaliyyətimizin genişləndirilməsi və yeni məzmunla zənginləşməsi üçün əlverişli şərait yaradır. Azərbaycanın İsraildə Ticarət və Turizm nümayəndəliklərinin açılmasının, bu il isə Səfirliyinin fəaliyyətə başlamasının dövlətlərarası münasibətlərimizin daha da inkişafına vüsət verəcəyinə əminəm.

İnanıram ki, xalqlarımızın və ölkələrimizin mənafelərinə uyğun olaraq Azərbaycan-İsrail dostluğu və əməkdaşlığının böyük potensialından daha dolğun istifadə etmək üçün qarşılıqlı səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Tezliklə Bakıda görüşmək ümidi ilə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost İsrail xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Xarici siyasət Xarici siyasət
Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatıb

Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatıb

Xarici siyasət Xarici siyasət
Türkiyə XİN başçısı: "Azərbaycandan davamlı olaraq yardım təyyarələri gəlir"

Türkiyə XİN başçısı: "Azərbaycandan davamlı olaraq yardım təyyarələri gəlir"

Xarici siyasət Xarici siyasət
Prezident İlham Əliyev Belçikaya səfər edib, Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb

Prezident İlham Əliyev Belçikaya səfər edib, Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb

Xarici siyasət Xarici siyasət
Sahibə Qafarova Kubaya səfərə gedib

Sahibə Qafarova Kubaya səfərə gedib

Xarici siyasət Xarici siyasət
Kamran Əliyev: "Ermənistanın ərazilərimizin minalanma prosesinin davam etdirilməsi yolverilməzdir"

Kamran Əliyev: "Ermənistanın ərazilərimizin minalanma prosesinin davam etdirilməsi yolverilməzdir"

Xarici siyasət Xarici siyasət
Ceyhun Bayramov Laos və Nikaraquanın XİN başçıları ilə görüşüb

Ceyhun Bayramov Laos və Nikaraquanın XİN başçıları ilə görüşüb

Xarici siyasət Xarici siyasət
Azərbaycan Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünə ev sahibliyi edir

Azərbaycan Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünə ev sahibliyi edir

Xarici siyasət Xarici siyasət
Dövlət Departamenti: Cənubi Qafqaz üçün dinc gələcəyin təşviqinə sadiq qalırıq

Dövlət Departamenti: Cənubi Qafqaz üçün dinc gələcəyin təşviqinə sadiq qalırıq

Xarici siyasət Xarici siyasət
BP-nin baş icraçı direktoru böyük nailiyyətlərlə bağlı Prezident İlham Əliyevi təbrik edib

BP-nin baş icraçı direktoru böyük nailiyyətlərlə bağlı Prezident İlham Əliyevi təbrik edib

Xarici siyasət Xarici siyasət
Ceyhun Bayramov Slovakiyada dəyirmi masada iştirak edib - YENİLƏNİB

Ceyhun Bayramov Slovakiyada dəyirmi masada iştirak edib - YENİLƏNİB

Xarici siyasət Xarici siyasət
Azərbaycan XİN Avstriyaya cavab verib: “Blokada” ilə bağlı iddiaların heç bir əsası yoxdur”

Azərbaycan XİN Avstriyaya cavab verib: “Blokada” ilə bağlı iddiaların heç bir əsası yoxdur”

Xarici siyasət Xarici siyasət
Düşənbədə İlham Əliyevin Emoməli Rəhmonla təkbətək görüşü olub - YENİLƏNİB-2

Düşənbədə İlham Əliyevin Emoməli Rəhmonla təkbətək görüşü olub - YENİLƏNİB-2