Biləsuvarda dağıntılar altında qalan şəxsin meyiti çıxarılıb

Biləsuvarda dağıntılar altında qalan şəxsin meyiti çıxarılıb

Biləsuvarda partlayış nəticəsində dağıntılar altında qalan şəxsin meyiti çıxarılıb.

"Birxeber.Az"un Muğan bürosunun məlumatına görə, Günay Əliyevanın meyiti xilasedicilər tərəfindən çıxarılıb.

Qeyd edək ki, bundan öncə onun iki övladı yaralı halda xilas olunmuşdu.

21:56

Biləsuvarda baş verən partlayış hadisənin bəzi təfərrüatları məlum olub.

"Birxeber.Az"un əldə etdiyi məlumata görə, hadisə şəhərin H. Əliyev prospektində yerləşən 5 mərtəbəli binada Nazilə Məmmədovaya məxsus mənzildə qeydə alınıb.

Belə ki, partlayış orada kirayədə yaşayan rayon sakini 1988-ci il təvəllüdlü Günay Əliyeva mənzilə daxil olan zaman baş verib. Həmin vaxt onun yanında övladları 2009-cu il təvəllüdlü F. Əliyeva və 2013-cü il təvəllüdlü Y. Əliyev də olub. Məlumata görə, hadisə vaxtı qadının həyat yoldaşı həyətdə olduğundan o, xəsarət almayıb.

Hadisədən sonra mənzil tamamilə dağılıb.

Xilasetmə tədbirləri nəticəsində ananın hər iki övladı ağır vəziyyətdə xilas edilərək, rayon xəstəxanasına aparılıblar.

Hazırda ananın axtarışları davam etdirilir.

20:19

Biləsuvarda partlayış baş verən binada axtarış-xilasetmə işləri aparılır.

"Birxeber.Az"un Muğan bürosunun məlumatına görə, hadisə şəhərin H.Əliyev prospektində 5 mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində olub.

Partlayış nəticəsində binaya ziyan dəyib. İlkin məlumata görə, iki nəfər yaralı xəstəxanaya aparılıb.

19:49

Biləsuvarda binada partlayış olub.

"Birxeber.Az"un Muğan bürosunun məlumatına görə, hadisə şəhər ərazisində yerləşən beşmərtəbəli binaların birində qeydə alınıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub.

İlkin məlumata görə, baş verən partlayışda 2 yaralı Biləsuvar rayon Mərkəzi Xəstəxanasına aparılıb. Rayon xəstəxanasının 4 təcili yardım briqadası hadisə yerinə cəlb olunub.

HADİSƏ HADİSƏ
Salyanda 25 yaşlı qadının qətli ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB

Salyanda 25 yaşlı qadının qətli ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB

HADİSƏ HADİSƏ
Polis “Sədərək”-də yanğın zamanı obyektdən oğurluğa cəhd edənləri saxlayıb

Polis “Sədərək”-də yanğın zamanı obyektdən oğurluğa cəhd edənləri saxlayıb

HADİSƏ HADİSƏ
Cəlilabadda ər həyat yoldaşını döyüb

Cəlilabadda ər həyat yoldaşını döyüb

HADİSƏ HADİSƏ
Biləsuvarda kişi güllələnib, qohumu saxlanılıb

Biləsuvarda kişi güllələnib, qohumu saxlanılıb

HADİSƏ HADİSƏ
İƏT Azərbaycanın İrandakı Səfirliyinə hücum törədənləri məsuliyyətə cəlb etməyə çağırıb

İƏT Azərbaycanın İrandakı Səfirliyinə hücum törədənləri məsuliyyətə cəlb etməyə çağırıb

HADİSƏ HADİSƏ
Toy günü intihar edən Aysunun FOTOSU

Toy günü intihar edən Aysunun FOTOSU

HADİSƏ HADİSƏ
Kürdəmirdə mikroavtobus daşla dolu "KamAZ"a çırpılıb, 2 nəfər ölüb, 8 nəfər yaralanıb

Kürdəmirdə mikroavtobus daşla dolu "KamAZ"a çırpılıb, 2 nəfər ölüb, 8 nəfər yaralanıb

HADİSƏ HADİSƏ
Bakı-Moskva təyyarəsində texniki problem aradan qaldırılıb - YENİLƏNİB

Bakı-Moskva təyyarəsində texniki problem aradan qaldırılıb - YENİLƏNİB

HADİSƏ HADİSƏ
Zərdabda ətraf mühiti zibilləyən şəxslər cərimələnib

Zərdabda ətraf mühiti zibilləyən şəxslər cərimələnib

HADİSƏ HADİSƏ
Gəncədə su borusu sıradan çıxıb, park yolunda çətinlik yaranıb

Gəncədə su borusu sıradan çıxıb, park yolunda çətinlik yaranıb

HADİSƏ HADİSƏ
Bakıda müəssisədən 8 min manatlıq oğurluq olub

Bakıda müəssisədən 8 min manatlıq oğurluq olub

HADİSƏ HADİSƏ
Azərbaycanda ekoloji hüquqpozmalarla bağlı cinayət işi başlanılıb

Azərbaycanda ekoloji hüquqpozmalarla bağlı cinayət işi başlanılıb