Naxçıvanda akademik Zərifə Əliyevanın 100 illiyi münasibətilə tibbi aksiya keçirilib
Naxçıvanda həkim-oftalmoloq, akademik Zərifə Əliyevanın 100 illiyi münasibətilə tibbi aksiya keçirilib
“Birxeber.Az”un yerli bürosu xəbər verir ki, Naxçıvanda Zərifə Əliyevanın 100 illiyi münasibətilə təşkil olunan tibbi aksiya çərçivəsində cərrahi əməliyyatlar keçirilib.
Aksiya çərçivəsində Bakıdan dəvət olunan cərrah-oftalmoloq Ruslan Məmmədov ağır fəsadlı katarakta xəstəliyindən əziyyət çəkən aztəminatlı ailələri müayinə edib.
Tədbir zamanı 25 nəfər müayinədən yararlanıb. Onlardan 10-u cərrahi əməliyyat olunub. Aksiyada aztəminatlı ailələrə, o cümlədən uşaqlara və yaşlı insanlara eynəklər hədiyyə olunub.