Ülvü Qənizadə: “İlk qızıl medalı qazanmaq çox gözəl hissdir”

Ülvü Qənizadə: “İlk qızıl medalı qazanmaq çox gözəl hissdir”

“Avropa çempionu olmaq, ilk qızıl medalı qazanmaq çox gözəl hissdir”.

Bunu “Birxeber.Az”a açıqlamasında Azərbaycanın yunan-Roma güləşçisi Ülvü Qənizadə (72 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının qalibi olması ilə bağlı danışarkən deyib.

24 yaşlı idmançı karyerasında əldə etdiyi ilk qızıl medalın sevincini yaşadığını söyləyib. Qənizadə çempionluqların sayını artırmaq barədə düşündüyünü vurğulayıb: “Bundan sonra qatılacağım bütün yarışlarda məqsədim qızıl medal qazanmaq olacaq. Bunun üçün də bütün gücümlə çalışacağam”.

O, qitə birinciliyində 2 qızıl, 3 gümüş, 1 bürünc medal əldə edən yunan-Roma güləşi üzrə Azərbaycan millisinin çıxışını yüksək qiymətləndirib: “Komanda yoldaşlarım çox yaxşı güləşdilər. Vətənə 6 medalla qayıdacağıq. Bunu uğurlu nəticə hesab edirəm. Əlbəttə, daha yaxşısını etmək olardı. Xüsusən də, Eldəniz Əzizli zədələnməsəydi, finalda qalib gələcəkdi”.

Ülvü Qənizadə əlavə edib ki, növbəti hədəfi dünya çempionluğudur: “Ötən il mundialda gümüş medal qazanmışdım. Ümid edirəm ki, bu dəfə qızıl medal əldə edəcəyəm”.

Qeyd edək ki, yunan-Roma güləşi üzrə Azərbaycan millisinin heyətində Ülvü Qənizadə (72 kq) və Həsrət Cəfərov (67 kq) Xorvatiyada keçirilən Avropa çempionatının qalibi olublar, Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Nihat Məmmədli (60 kq) isə bürünc medal qazanıblar.

Fərdi Fərdi
Ülvü Qənizadə: “İlk qızıl medalı qazanmaq çox gözəl hissdir”

Ülvü Qənizadə: “İlk qızıl medalı qazanmaq çox gözəl hissdir”

Fərdi Fərdi
Böyük Dəbilqə: Azərbaycan cüdoçuları ikinci gündə medal qazana bilməyiblər

Böyük Dəbilqə: Azərbaycan cüdoçuları ikinci gündə medal qazana bilməyiblər

Fərdi Fərdi
"Shusha Chess 2022" turnirinin püşkü atılıb

"Shusha Chess 2022" turnirinin püşkü atılıb

Fərdi Fərdi
AMADA direktoru Narkotiklər və Narkomaniya üzrə Avropa Monitorinq Mərkəzinin işçi qrupunun rəhbəri ilə görüşüb

AMADA direktoru Narkotiklər və Narkomaniya üzrə Avropa Monitorinq Mərkəzinin işçi qrupunun rəhbəri ilə görüşüb

Fərdi Fərdi
Cüdo üzrə Azərbaycan yığmalarının Avropa Kuboku üçün heyəti açıqlanıb

Cüdo üzrə Azərbaycan yığmalarının Avropa Kuboku üçün heyəti açıqlanıb

Fərdi Fərdi
Dünya çempionatı: Azərbaycanın iki boksçusu bürünc medalı təmin edib

Dünya çempionatı: Azərbaycanın iki boksçusu bürünc medalı təmin edib

Fərdi Fərdi
Azərbaycanın çimərlik voleybolçuları beynəlxalq turnirdə iştirak edəcəklər

Azərbaycanın çimərlik voleybolçuları beynəlxalq turnirdə iştirak edəcəklər

Fərdi Fərdi
Bakıdakı dünya çempionatında yenilik tətbiq olunacaq

Bakıdakı dünya çempionatında yenilik tətbiq olunacaq

Fərdi Fərdi
“Əziz Şuşa” beynəlxalq velosiped yarışında sonuncu mərhələ start götürüb

“Əziz Şuşa” beynəlxalq velosiped yarışında sonuncu mərhələ start götürüb

Fərdi Fərdi
İddiaçılar Turniri: Teymur Rəcəbov bu gün liderlə qarşılaşacaq

İddiaçılar Turniri: Teymur Rəcəbov bu gün liderlə qarşılaşacaq

Fərdi Fərdi
Azərbaycanın güllə atıcısı Dünya Kubokunda bürünc medal qazanıb

Azərbaycanın güllə atıcısı Dünya Kubokunda bürünc medal qazanıb

Fərdi Fərdi
Bakıdakı dünya çempionatında medal və lisenziya əldə edən ilk qadın atıcılar bəlli olub

Bakıdakı dünya çempionatında medal və lisenziya əldə edən ilk qadın atıcılar bəlli olub