Azərbaycan ilə Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb

Azərbaycan ilə Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb

Aprelin 24-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə görüşüb.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirələrini ehtiramla yad edən gürcüstanlı qonaqlar “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.

Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. Gürcüstanın müdafiə naziri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin inkişafında dövlət başçılarının görüşlərinin mühüm rol oynadığını xüsusi vurğulayan müdafiə naziri bir çox sahələrdə olduğu kimi, hərbi sahədə də əlaqələrimizin daha da güclənərək inkişaf etdiyini qeyd edib.

Müdafiə naziri həmkarına Azərbaycan-Ermənistan şərti sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində vəziyyətin gərginləşdirilməsi məqsədilə Ermənistan tərəfindən törədilən təxribatlar barədə məlumat verib.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən C.Burçuladze xalqlarımız arasında ənənəvi dostluq və qarşılıqlı etimadın olduğunu diqqətə çatdırıb. Hər iki dost ölkə arasında münasibətlərin inkişafında mütəmadi olaraq bu cür görüşlərin keçirilməsinin, eləcə də əlaqələrin genişləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.

Tərəflər regionda sülhün və təhlükəsizliyin təmin olunması, hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri ətraflı müzakirə edib.

Görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan arasında ikitərəfli və üçtərəfli hərbi əməkdaşlığın inkişaf perspektivlərindən danışılıb, həmçinin birgə təlimlərin və işçi görüşlərin intensivliyinin artırılması barədə ətraflı fikir mübadiləsi aparılıb.

Geniş tərkibdə keçirilən görüşdə "Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanıb.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə fotosu çəkdirilib.

HƏRBİ HƏRBİ
Azərbaycan HDQ-nin komandanı İtaliyada beynəlxalq müdafiə sərgisinin açılış mərasimində iştirak edib

Azərbaycan HDQ-nin komandanı İtaliyada beynəlxalq müdafiə sərgisinin açılış mərasimində iştirak edib

HƏRBİ HƏRBİ
Şuşa istiqamətində qanunsuz erməni silahlılarının uzunmüddətli fortifikasiya qurğuları quraşdırmasının qarşısı alınıb

Şuşa istiqamətində qanunsuz erməni silahlılarının uzunmüddətli fortifikasiya qurğuları quraşdırmasının qarşısı alınıb

HƏRBİ HƏRBİ
Ermənilərin Sarıbaba yüksəkliyində basdırdığı minalar zərərsizləşdirilib

Ermənilərin Sarıbaba yüksəkliyində basdırdığı minalar zərərsizləşdirilib

HƏRBİ HƏRBİ
Kərim Vəliyev: "Sentyabr döyüşləri Azərbaycan Ordusunun düşmən üzərində üstünlüyünü bir qədər də artırdı"

Kərim Vəliyev: "Sentyabr döyüşləri Azərbaycan Ordusunun düşmən üzərində üstünlüyünü bir qədər də artırdı"

HƏRBİ HƏRBİ
NATO-nun nümayəndə heyəti Hərbi Dəniz Qüvvələrində olub

NATO-nun nümayəndə heyəti Hərbi Dəniz Qüvvələrində olub

HƏRBİ HƏRBİ
Azərbaycan Ordusunun sıralarına yeni komandolar cəlb olunub

Azərbaycan Ordusunun sıralarına yeni komandolar cəlb olunub

HƏRBİ HƏRBİ
"BQXK-nın hərəkətləri təhrikedici və təxribatçı fəaliyyət kimi qiymətləndirilməlidir" - RƏY

"BQXK-nın hərəkətləri təhrikedici və təxribatçı fəaliyyət kimi qiymətləndirilməlidir" - RƏY

HƏRBİ HƏRBİ
“Dəniz Təməl Komando kursu”nun növbəti buraxılışı olub

“Dəniz Təməl Komando kursu”nun növbəti buraxılışı olub

HƏRBİ HƏRBİ
Şəhid Məhəmməd Qarayev Qəbələdə dəfn edilib - YENİLƏNİB

Şəhid Məhəmməd Qarayev Qəbələdə dəfn edilib - YENİLƏNİB

HƏRBİ HƏRBİ
Vətən müharibəsində DSX-nın PUA-ları düşmənin 290 hədəfini zərərsizləşdirib

Vətən müharibəsində DSX-nın PUA-ları düşmənin 290 hədəfini zərərsizləşdirib

HƏRBİ HƏRBİ
MN: Ordumuzun bölmələrinin guya qarşı tərəfə atəş açması barədə məlumat yalandır

MN: Ordumuzun bölmələrinin guya qarşı tərəfə atəş açması barədə məlumat yalandır

HƏRBİ HƏRBİ
Türkiyə, Azərbaycan və Gürcüstanın müdafiə nazirləri görüşüblər

Türkiyə, Azərbaycan və Gürcüstanın müdafiə nazirləri görüşüblər